Modern.az

Gözəlliyinə görə işdən çıxarılıb

Gözəlliyinə görə işdən çıxarılıb

10 İyun 2010, 11:32

Nyu-Yorkdakı yerli bankların birində çalışan 33 yaşlı Debrahle Lorenzanın başına gələnlər dünya mediasında əks-səda yaradıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda Lorenza işdən azad olunub. Onun işdən azad olunmasının yeganə səbəbi isə gözəl olmasıdır. Lorenza çox cəlbedici olduğu üçün işdən çıxarıldığını iddia edir. Porto-Rika əsilli, 1 uşaq anası olan Lorenza  ABŞ-ın bir çox telekanallarının efir məkanını bəzəyib.  2008-ci ildə ərindən boşanan Lorenza dünyanın ən böyuk banklarından birində  işə başlayıb. Daha çox kişilərin çalışdığı  iş yerində Lorenza geyimləri ilə diqqəti cəlb edib. Bankın müdiri  Lornenzaya libasları barədə xəbərdar edib. Daha sonra ona geyinməsi qadağan olunan paltarların siyahısı təqdim olunub. O isə geyinmənin qadının təbii haqqı olduğunu deyərək  bank müdirinin tələbinə etiraz edib. Bunun qarşılığında Lorenza əvvəlcə başqa şöbəyə  keçirilib, daha sonra isə işdən çıxarılıb. O, çox gözəl olduğu üçün ona qarşı ayrı-seçkiliyə yol verildiyini  deyir. Lorenza  hüquqlarının təmin olunması üçün məhkəməyə müraciət edəcək..

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi