Modern.az

Müharibədə ölən hərbçilərin rəsmi sayı AÇIQLANDI

Müharibədə ölən hərbçilərin rəsmi sayı AÇIQLANDI

Dünya

5 Fevral 2026, 05:57

Ukrayna Prezidenti Volodimir Zelenski müharibədə ölən ukraynalı əsgərlərin rəsmi sayını açıqlayıb.

Modern.az xəbər verir ki, bu məlumatı o, “France 2” telekanalına müsahibəsində paylaşıb.

“Ukraynada istər peşəkar, istərsə də səfərbər olaraq döyüş meydanında həlak olan hərbçilərin rəsmi sayı 55 min nəfərdir”, - deyə Ukrayna lideri bildirib.

O vurğulayıb ki, bu rəqəmə hazırda itkin düşmüş hesab edilən şəxslər daxil deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır