Modern.az

ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu

ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu

Hadisə

7 Fevral 2026, 03:47

Hər kəsin ANS telekanalından "Böyük Seva" kimi tanıdığı Sevda Həsənovanın sağlıq durumunda ciddi problem yaranıb.

Modern.az xəbər verir ki, yaxınlarının verdiyi xəbərə görə, tanınmış jurnalist bu gün Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatına alınıb.

7 saatdan çox davam edən əməliyyat zamanı jurnalistin beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.

Hazırda o, reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS bağlanana qədər orada çalışıb. Bu illər ərzində o, ANS-də bir sıra vəzifələr tutub. (Mənbə: Gununsesi.info)

Whatsapp
Bizə yazın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?