Modern.az

Armen Qriqoryan azərbaycanlı nümayəndələrə hesabat verdi

Armen Qriqoryan azərbaycanlı nümayəndələrə hesabat verdi

Aktual

14 Fevral 2026, 16:47

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb.

Modern.az-ın məlumatına görə, görüş Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin toplantısı zamanı baş tutub. 

Qriqoryan bu cür görüşləri "qarşılıqlı etimad və mehriban qonşuluq münasibətləri" baxımından vacib adlandırıb. Onun sosial media hesabına görə, nümayəndə heyətinə münasibətlərin normallaşma dinamikası və marşrutların açılması perspektivləri barədə məlumat verilib.

Qeyd edək ki, Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan ikitərəfli dəyirmi masanın yekun görüş toplantısı keçirilir. Görüş çərçivəsində tərəflər regional təhlükəsizlik, humanitar məsələlər və qarşılıqlı etimadın artırılması istiqamətində fikir mübadiləsi aparırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?