Modern.az

Bakı-Astara yolunda nazirlik işçilərini maşın vurub - ölən var

Bakı-Astara yolunda nazirlik işçilərini maşın vurub - ölən var

Hadisə

21 Fevral 2026, 09:39

Bakı-Astara yolunda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) iki əməkdaşını maşın vurub, onlardan biri biri ölüb.

Modern.az xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yanan “Mercedes” markalı yük avtomobilini söndürən FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşlarını avtomobil vurub.

Nəticədə 42 yaşlı Neftçala rayonunun Şorsulu kənd sakini Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır (APA).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı