Modern.az

İki rayonda canavarlar kəndlərə hücum edib

İki rayonda canavarlar kəndlərə hücum edib

Hadisə

23 Fevral 2026, 00:57

Lənkəran və Masallı rayonlarında canavarların kəndlərə hücumu sakinləri təşvişə salıb.

Modern.az xəbər verir ki, son günlər vəhşi heyvanlar əsasən Lənkəran rayonunun Zövlə, Masallı rayonunun Mollon və Mahmudavar kəndlərində təsərrüfatlara hücum edib.

Kənd sakinlərinin sözlərinə görə, vəziyyət ciddi narahatlıq doğurur. Valideynlər övladlarını məktəbə göndərməkdən ehtiyat edir. Əhali öz təhlükəsizliyini təmin etmək üçün məcbur qalaraq balta, yaba və dəryaz kimi alətlərdən istifadə etməklə canavarları yaşayış məntəqələrindən uzaqlaşdırmağa çalışırlar.

Yırtıcıların hücumları nəticəsində vətəndaşlara ciddi maddi ziyan dəydiyi bildirilir.

Sakinlər aidiyyəti qurumlara müraciət edərək canavarların kəndlərdən uzaqlaşdırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmasını xahiş edirlər. (Oxu.Az)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?