Modern.az

Çağrı xidmətləri vahid platformada təqdim olunacaq

Çağrı xidmətləri vahid platformada təqdim olunacaq

Aktual

23 Fevral 2026, 09:50

“Bakı Telefon Rabitəsi” MMC də daxil olmaqla bir sıra qurumların 2025-ci ildə “Aztelekom” MMC-yə birləşdirilməsi  səbəbindən çağrı xidmətləri vahid platformada təqdim olunacaq. 

Modern.az xəbər verir ki,  “155” xidməti mərhələli şəkildə “170” Çağrı mərkəzinə inteqrasiya olunur.

Məlumat üçün bildirək ki, 2 mart 2026-cı il tarixindən etibarən “155” nömrəsinə daxil olan zənglər avtomatik olaraq “170” Çağrı mərkəzinə yönləndiriləcək. 1 aprel 2026-cı il tarixindən etibarən isə “155” xidmətinin fəaliyyəti tam dayandırılacaq.

Qeyd edək ki, bu dəyişiklik telekommunikasiya xidmətlərinin daha səmərəli və operativ təşkili, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

Sizə yeni x var
Keçid et
Xameneinin oğlu da ÖLDÜRÜLƏCƏK! - Yeni əməliyyat başladı