Modern.az

Qurban Qurbanov “Nyukasl”la oyundan danışdı: “Bakıdakı oyundan sonra...”

Qurban Qurbanov “Nyukasl”la oyundan danışdı: “Bakıdakı oyundan sonra...”

İdman

25 Fevral 2026, 08:54

“Komandama, futbolçularıma təşəkkür edirəm.

Çempionlar Liqası turnirində çox uzun, maraqlı bir mövsüm keçirdilər. Göstərdikləri oyuna görə hər birindən çox razıyam”.

Modern.az xəbər verir ki, bunu Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” – “Qarabağ” (3:2) matçından sonra jurnalistlərə açıqlamasında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

“Son oyunumuzda da özlərini maksimum yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı oyundan sonra psixoloji olaraq komandanı hazırlamaq bir az çətin idi.

Bununla belə, futbolçular bu gün ilk hissədəki iki qoldan sonra özlərini ələ ala bildilər və sona qədər oyundan qopmadılar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı