Modern.az

Təhsil Nazirliyi 1 milyonluq tender elan edib

Təhsil Nazirliyi 1 milyonluq tender elan edib

İqtisadiyyat

25 Fevral 2026, 16:53

Təhsil Nazirliyinin struktur bölməsi 1 milyon manatdan artıq dəyəri olan tender elan edib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi genişmiqyaslı satınalma müsabiqəsinə start verib.

Müsabiqə çərçivəsində müxtəlif növ çap və yazı kağızlarının, habelə digər mətbəə materiallarının tədarükü nəzərdə tutulur.

Satınalma planı üzrə layihənin ehtimal olunan qiyməti 1.053.279,56 azn təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama