Modern.az

"Hamilə qadın yolda öldü" 

"Hamilə qadın yolda öldü" 

Aktual

27 Fevral 2026, 02:29

Biləsuvar rayonunun Amankənd kəndinin sakinləri uzun illərdir bir sıra sosial problemlərdən əziyyət çəkirlər.

Modern.az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar həm mavi yanacaqdan məhrum olduqlarını, həm də kənd yolunun yararsız vəziyyətə düşdüyünü bildiriblər.

"Qaynımın arvadı hamilə idi, qadın yolda öldü"; "Təcili yardım gəlinimi aparmadı ki, yol narahatdır, qorxuram" - deyə, sakinlər şikayətlərini dilə gətiriblər.

Başqa bir sakin isə kəndə dörd ildir qaz verilmədiyini söyləyib:

"Mal təzəyi yandırırıq. Xəstəmiz, uşağımız var, evdə oturmaq mümkün olmur. Dəfələrlə şikayət etmişik. Əgər kömək etmirlərsə, bu kəndi köçürsünlər. Biz burada necə yaşayaq?!"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!