Modern.az

Cəlilabad sakinini avtomobil vuraraq öldürüb

Cəlilabad sakinini avtomobil vuraraq öldürüb

Hadisə

27 Fevral 2026, 00:09

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Bakı şəhərində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini olan Cavid Qəniyev yolu qarşı tərəfə keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı