Modern.az

Efirlərə çağırılanlar bilmirsən müğənnidir, yoxsa boksyor - Hikmət Babaoğlu 

Efirlərə çağırılanlar bilmirsən müğənnidir, yoxsa boksyor - Hikmət Babaoğlu 

Parlament

27 Fevral 2026, 12:40

"Kütləvi tərbiyənin necə aparıldığəını ya bilmirik, ya da bu yoxdur". 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasından deputat Hikmət Babaoğlu deyib.

Qanun layihələrinə "sosial media mədəniyyəti", "virtual mədəniyyət" anlayışlarının gətirilməli olduğunu bildirən deputat bildirib: 

“Biz çox gileylənirik ki, haradadır bizim musiqi mədəniyyətimiz, əvvəlki musiqilərimiz? Bu gün efirə çıxan müğənninin bilmirsən mimikasına, jestlərinə ya bayağı musiqisinə baxasan. İnsanın üzünə baxanda, fikirləşirsən ki, görəsən indi intihar edəcək? Müğənnilər efirdə mahnı oxuyanda barmağı ilə sanki insanı hədələyir. Bilmirsən o adamların üzü müğənninin, yoxsa boksyorun jestləridir”.

Deputat Mədəniyyət Nazirliyinin bu sahədə də müvafiq addımlar atmasının vacibliyini vurğulayıb.

“Mən düşünürəm ki, müasir dövrdə sosial media mədəniyyəti üzərində fikirləşmək lazımdır. Sosial şəbəkə mədəniyyətimizin formalaşması üçün bir dinləmə keçirək, bu sahədə bir iş görək”, – o sonda vurğulayıb.

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı