"Milli Məclis yox, Millət Məclisi deyilməlidir".
Modern.az xəbər verir ki, bunu parlamentin iclasında “Mədəniyyət haqqında” qanunda terminlərin müzakirəsi zamanı vitse-spiker Rafael Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycan dilinin qrammatikası tələb edir ki, "Milli Məclis" ifadəsindən deyil, "Millət Məclisi" ifadəsindən istifadə olunsun.
“Azərbaycan dilinin qrammatik normalarına görə, əslində “mədəni sənaye” yox, “mədəniyyət sənayesi”, “mədəni yaradıcılıq” deyil, “mədəniyyət yaradıcılığı” olmalıdır. Bundan başqa, əslində “Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır. Türkiyədə də belədir. Biz “millət vəkili” deyirik, “milli vəkil” yox”.
Bu konteksdə dilimizin qrammatik ruhuna daha uyğun ifadələr gələcəkdə qanun layihələrində yer almalıdır”,– vitse-spiker qeyd edib.