Modern.az

İranda deputatın maşınına atəş açılıb, iki nəfər saxlanılıb

İranda deputatın maşınına atəş açılıb, iki nəfər saxlanılıb

Dünya

27 Fevral 2026, 19:41

İranda parlament üzvü Abbas Beyqdelinin avtomobili silahlı hücuma məruz qalıb.

Modern.az xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Qəzvin vilayətində qeydə alınıb.

Məlumata görə, Qəzvin vilayətinin prokuroru Əli Əsgər Əsgəri bildirib ki, deputatın nəqliyyat vasitəsinə ov tüfəngi ilə atəş açılıb. Faktla bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

İlkin araşdırmalar zamanı insidentin terror aktı olmadığı müəyyənləşdirilib. İstintaq tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?