Modern.az

Sakinlərin NƏZƏRİNƏ: qaz olmayacaq  

Sakinlərin NƏZƏRİNƏ: qaz olmayacaq  

Aktual

15 Mart 2026, 22:33

Astara rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

"Astara şəhəri, M.Əzizbəyov küçəsində yeni kanalizasiya xətlərinin çəkilişi zamanı ortatəzyiqli yeraltı qaz xətti zədələnib. Baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik məqsədilə M.Əzizbəyov, S.Vurğun və N.Paşa küçələri üzrə ümumilikdə 760 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda yaranmış nasazlığın aradan qaldırılması istiqamətində təmir-bərpa işlərinin aparılması planlaşdırılır. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq. Yaranmış narahatlığa görə abonentlərdən üzr istəyirik", - məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu