Modern.az

İranda alimlərin işlədiyi gizli obyekt vurulub

İranda alimlərin işlədiyi gizli obyekt vurulub

Dünya

4 Mart 2026, 09:16

İsrail ordusu İranda alimlərin gizli şəkildə atom silahı üçün əsas komponent hazırladığı yeraltı nüvə obyektinə zərbə endirdiyini iddia edib.

Modern.az xəbər verir ki, bu barədə d"Times of Israel" qəzetinin məlumatında bildirilib.  

Təhran şəhərinin qərb kənarındakı obyektin xəritəsini göstərən açıqlamada deyilir:

"Hərbi kəşfiyyat alimlərin fəaliyyətini izləməyə davam edib və onların obyektdəki yeni yerini müəyyənləşdirib və bu da gizli yeraltı kompleksə dəqiq zərbə endirməyə imkan verib".

İsrail Müdafiə Qüvvələrinin bəyanatında əlavə olunur: "Bu obyektdə nüvə alimlərindən ibarət bir qrup gizli şəkildə nüvə silahı üçün əsas komponent hazırlayırdı".

Məlumata görə, alimlər İsrail və ABŞ-ın iyun ayında əvvəlki müharibə zamanı İranın bir neçə nüvə obyektinə zərbə endirməsindən sonra yeraltı anbarda işləyirdilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı