Modern.az

Tehranda silahlı muzdluların bir qrupu məhv edildi

Tehranda silahlı muzdluların bir qrupu məhv edildi

Dünya

4 Mart 2026, 14:46

İran İslam Respublikasının İnformasiya Nazirliyi Tehranda "Amerika-Sionist düşməni" ilə əlaqəli olduğu iddia edilən silahlı muzdlular dəstəsinin məhv edildiyini elan edib.

Modern.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Qeyd olunur ki, saxlanılan şəxslər Tehranda rəhbərlərinin əmrlərini yerinə yetirməyi planlaşdırıblar. Lakin İranın "İmam Zamanın adsız əsgərləri" kimi qeyd edilən kəşfiyyat zabitləri sözügedən şəxslərin yerini müəyyən edərək saxlayıblar. 

Şübhəlilərdən 11 Kalaşnikov avtomatı, xeyli miqdarda sursat və avadanlıq, avro və dollar, eləcə də Starlink peyk rabitə terminalının müsadirə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı