Modern.az

14 minədək məzun attestat ala bilməyəcək

14 minədək məzun attestat ala bilməyəcək

22 İyun 2010, 14:03

Təhsil naziri Misir Mərdanov iyunun 22-də orta məktəblərdəki buraxılış imtahanlarının yekunlarına dair mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, M.Mərdanovun sözlərinə görə, bu il respublika üzrə 11-ci sinfi 92002 şagird bitirib, onlardan 88815-i (96,54%) buraxılış imtahanında iştirak edib. Həmin şagirdlərin 74832-si müvəffəq qiymət alıb. Nazir deyib ki, builki göstərici ötənilkindən, təqribən, 10% yüksəkdir. M.Mərdanovun sözlərinə görə, Bakı məktəbləri üzrə imtahanda 23222 nəfər 11-ci sinif şagirdindən 23037 nəfər iştirak edib. Onlardan 21441-i müvəffəq qiymət alıb. Gəncə, Mingəçevir, Sumqayıt şəhərləri üzrə imtahanlarda 8048 şagird imtahanlarda iştirak edib, 7 420 şagird müvəffəq qiymət alıb. M.Mərdanov deyib ki, bu il 14 minədək məzunun attestat ala bilməyəcəyi gözlənilir. Ötən il isə bu rəqəm 18325 olub. Mail Ağaxanov

 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?