Modern.az

Britaniyanın ilk hipersəs raketi

Britaniyanın ilk hipersəs raketi

Dünya

8 Mart 2026, 16:44

Böyük Britaniya 2030-cu ilə qədər ilk hipersəs raketinin nümunəsini təqdim etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bunu Britaniya müdafiə nazirinin müavini Luk Pollard bəyan edib.

“Müdafiə Nazirliyinin hipersəs proqramı 2030-cu ilə qədər silahın nümayiş nümunəsinin hazırlanmasına yönəlib”, - o bildirib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi Londonun 2026-cı ildə digər Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni növ dəqiq idarə olunan və hipersəs silahların hazırlanmasına 400 milyon funt sterlinq (cari məzənnə ilə 530 milyon dollardan çox) xərcləyəcəyini açıqlamışdı.

Sizə yeni x var
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada