Modern.az

14 yaşlı yeniyetmənin meyiti tapıldı

14 yaşlı yeniyetmənin meyiti tapıldı

Hadisə

Bu gün, 20:42

Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

 

Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.

 

İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.

 

Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində olması hələlik məlum deyil.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Mənbə: APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada