Modern.az

Azərbaycanda 198 uşaq vərəmə yoluxub

Azərbaycanda 198 uşaq vərəmə yoluxub

Aktual

Bu gün, 15:19

Ötən il 198 uşaq və yeniyetmə vərəm xəstəliyinə yoluxub.

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.

O bildirib ki, 2024-cü il üçün bu göstərici 278 olub.

"2015-ci ildə hər 100 min nəfərə düşən vərəmlə xəstələnmə göstəricisi 41,1 olduğu halda, 2025-ci ildə bu rəqəm 21,5-ə enib. Vərəm xəstələrinin təxminən üçdə ikisini kişilər, üçdə birini isə qadınlar təşkil edir. Xəstəliyin aşkarlanma səviyyəsi də əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2015-ci ildə bu göstərici 53 faiz olduğu halda, 2025-ci ildə 86 faizə çatıb”, deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV