Aİ İrana qarşı yeni sanksiyaları təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Aİ İranı məsuliyyətə cəlb etməyə davam edir. Bu gün Aİ üzv dövlətlərinin səfirləri ciddi insan haqları pozuntularında məsul olan 19 rejim rəsmisi və qurumunu hədəf alan yeni sanksiyaları təsdiqlədilər. İran müharibəsi davam etdikcə, Aİ öz maraqlarını qoruyacaq və daxili repressiyalara görə məsul olanları təqib edəcək. Bu, həmçinin Tehrana İranın gələcəyinin repressiya üzərində qurulmaması mesajını göndərir”, - Kallas qeyd edib.