2025-ci ildə Bakı muzeyləri tərəfindən 4 min, region muzeyləri tərəfindən isə 4,8 min ədəd yeni eksponat qəbul edilib.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-c ildə fəaliyyəti haqqında hesabında öz əksini tapıb.
Qeyd olunub ki, ümumilikdə 8,8 min eksponat muzey fondlarına daxil edilib.
Həmçinin bildirilib ki, ölkənin muzey şəbəkəsində saxlanılan eskponatların sayı 1159, 2 min ədəd təşkil edib ki, bunun 689, 7 mini Bakıdakı, 469, 5 mini isə regiondakı muzeylərdə saxlanılır.