Modern.az

Əraqçi türk dilində paylaşım etdi

Əraqçi türk dilində paylaşım etdi

Dünya

Bu gün, 00:52

"Bu mübarək Ramazan günlərində qardaş türk xalqının və dost Türkiyənin İran xalqına duaları və həmrəyliyi bizim üçün böyük bir güc və mənəviyyat mənbəyidir".

 

Modern.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bunu türk dilində sosial şəbəkə hesabında yazıb. 

 

"İran öz suverenliyini və xalqının təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə davam edəcək. Ədalət və sülhün zəfər çalacağına inanırıq. Dualarınız və dəstəyiniz üçün sizə səmimi qəlbdən təşəkkür edirik", - deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?