Modern.az

“Verteba” klinikasında bəzi həkimlərin tibb təhsili yox imiş - ADLAR

“Verteba” klinikasında bəzi həkimlərin tibb təhsili yox imiş - ADLAR

Aktual

17 Mart 2026, 16:18

Səhiyyə Nazirliyi tərəfindən Bakının Binəqədi rayonunda fəaliyyət göstərən “Verteba” klinikasında yoxlama keçirilib.

Modern.az xəbər verir ki, keçirilən yoxlama zamanı sertifikatsız, orta ixtisas tibb təhsili olmadan “fizioterapevtik” işi üzrə masaj proseduralarının həyata keçirilməsi aşkar edilib.

Həmin fəaliyyət Səadət Nəsibova, Urqaya Rzayeva və Pəri Nərimanova tərəfindən həyata keçirilib.

Nəticədə nazirlik tərəfindən klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, “Verteba” klinikası 6000 manat cərimələnib.

Qeyd edək ki, “Vertebra” Onurğa Tibb Mərkəzinin baş həkimi İradə Hacıyevadır. Holdinqin rəhbəri isə İlqar Əliyevdir. (Teleqraf)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA