Modern.az

ABŞ İran nefti ilə bağlı qadağanı ləğv etdi

ABŞ İran nefti ilə bağlı qadağanı ləğv etdi

Dünya

Bu gün, 12:24

Ağ Ev İran neftinin alışına qoyulan sanksiyaları 30 gün müddətinə ləğv edib.

Modern.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri mlumat yayıb.

ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, bu, təxminən 140 milyon barel neftin qlobal bazara daxil olmasına və qiymətlərin qismən aşağı düşməsinə imkan verəcək.

Qeyd edək ki, münaqişənin başlanğıcından bəri neftin qiyməti 50%-dən çox artaraq 1 barel üçün 100 dolları keçib - bu, 2022-ci ildən bəri ən yüksək səviyyədir. Bu fonda ABŞ administrasiyası qarşıdan gələn aralıq Konqres seçkilərini nəzərə alaraq, daxili bazar da daxil olmaqla, qiymətləri aşağı salmaqda maraqlıdır.

Son iki həftə ərzində bu, sanksiyaların üçüncü müvəqqəti yumşaldılmasıdır. Hazırkı tədbirlər 19 aprelə qədər qüvvədə qalacaq və yalnız artıq neftlə yüklənmiş tankerlərə şamil ediləcək.

Lakin yumşaldılma Kuba, Şimali Koreya, qondarma "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"na, Rusiya işğalı altındakı Krıma göndərilən neft daşınmalarına şamil edilmir.
 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı