Modern.az

Dəm qazından boğulan ər-arvadla bağlı rəsmi məlumat - YENİLƏNİB

Dəm qazından boğulan ər-arvadla bağlı rəsmi məlumat - YENİLƏNİB

Hadisə

23 Mart 2026, 12:34

Baş Prokurorluğunun Mətbuat xidməti dəm qazından boğulub ölən ər-arvadla bağlı məlumat yayıb.

Modern.az-a verilən məlumatda bildirilib ki, martın 22-də Babək rayonu Yarımca kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin hamam otağında iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yuris oğlu və onun 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülü Xalıqverdi qızı dəm qazı sızması nəticəsində zəhərlənərək ölüb.

***
Naxçıvan MR Babək rayonunda faciə baş verib.

Modern.az xəbər verir ki, ər-arvad ötən gündəm qazından boğularaq ölüb.

1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yuris oğlu və onun 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülü Xalıqverdi qızı dəm qazı sızması nəticəsində zəhərlənərək ölüb.

Hadisə onların yaşadıqları fərdi evdə baş verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV