Goranboyun Dəliməmmədli şəhərində qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.
Modern.az xəbər verir ki, 41 yaşlı Elçin Ağayevin yetirdiyi xəsarət nəticəsində Gəncədə xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Ə.Əliyev bir neçə gün koma vəziyyətində qalsa da həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağalı ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib.
Faktla bağlı araşdırma aparılır.