Modern.az

Aynur Camalqızı rusdilli saytlara rəqib yaratdı - İzvestiya.az

Aynur Camalqızı rusdilli saytlara rəqib yaratdı - İzvestiya.az

23 İyul 2014, 14:22


Azərbaycandakı rusdilli saytların sırasına daha biri qoşulub. Modern.az xəbər verir ki, “İzvestiya.az” adlı yeni rusdilli saytı  jurnalist Aynur Camalqıznın rəhbəri olduğu “Teleqraf Holdinq” açıb.

“Saytımız tam olaraq fəaliyyət göstərmir, buna səbəb isə eksküliziv materialların yerləşdirilməməsidir”. Bu barədə  Modern.az saytına Azərbaycan internet mediasına yenicə qoşulan “İzvestiya.az”ın baş redaktoru Nicat Səmədoğlu məlumat verib.

“Hazırda bəzi texniki işlərin tamamlanmasını gözləyirik. Düşünürəm ki, bir neçə gündən sonra saytımız tam olaraq fəaliyyətə başlayacaq”.

Baş redaktor saytın rus dilində fəaliyyət göstərməsini oxucu tələbatına uyğun olaraq müəyyənləşdirdiklərini söyləyib:

“Ətrafda olan rusdilli insanları nəzərə alaraq belə bir sayt yaratmaq qərarına gəldik. Hazırda sayt tam olaraq texniki format almayıb, buna görə də sadəcə xəbərlər yenilənir, yəni eksküliziv materiallar getmir. Əsas olaraq dizayn məsələsi həll edilir”.

İşçilərin seçilməsinə gəldikdə isə Nicat Səmədoğlu bildirib ki, işçi ştatı nəzərdə tutulub:

“Amma ştatın doldurulması və oturşmuş vəziyyətə gətirilməsi üçün vaxt lazımdır. Buna baxmayaraq artıq bizimlə çalışacaq müəyyən müəlliflər nəzərdə tutulub”.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü