Arxiv
30 Avqust 2014, 17:07 | MÜSAHİBƏ
“Agentliklər xəbərlərimizi oğurlamaqla məşğuldular” - MÜSAHİBƏ

“Onlara xəbəri “podnosda" verirlər”


“Rəşad Məcid olmasaydı, Modern.az bu gün bəlkə də, olmazdı”.


Modern.az saytının baş redaktoru Elşad Eyvazlının AzNews.az-a müsahibəsi:

- Elşad müəllim, sentyabrın 1-i Modern.az-ın 5 yaşı tamam olur. Əvvəlcə sizi və rəhbərlik etdiyiniz kollektivi AzNews.az adından təbrik edir, müvəffəqiyyətlər arzulayırıq. Bəllidir ki, bu illər ərzində kifayət qədər nüfuz qazanmısınız və ciddi bir imiclə fəaliyyət göstərirsiniz. Amma istərdik bu 5 il müddətində hansı uğurları qazandığınızı öz dilinizdən eşidək...

- Təşəkkür edirəm təbrikinizə görə. 5 yaş Modern.az üçün böyük bir zaman və həm də belə baxanda çox kiçik bir vaxtdır. Bu illər ərzində hesab edirəm ki, rəhbəri olduğum sayt ölkənin media bazarına daxil ola bilib. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, rəhbəri olduğum sayt ölkə mətbuatında müəyyən mənada öz sözünü deyib. Təbii ki, qarşıya qoyduğumuz hədəflərə tam çata bilməmişik. Amma hər halda öz ciddi xəbərləri ilə və o cümlədən etibarlılıq məsələsində Modern.az saytının ölkəmizin media bazarında müstəsna yeri var. Buna sübut olaraq deyə bilərəm ki, hər hansı bir dövlət qurumu ilə bağlı saytımızda məlumat gedəndən 5-10 dəqiqə sonra həmin məsələyə müvafiq təşkilatdan konkret reaksiya verilir. Bir sözlə, şou, erotika, dezinformasiya xəbərlərin baş götürdüyü indiki vaxtda etibarlılıq məsələsini saytımız qazanıb.

- Təbii ki, bu işlər problemsiz ərsəyə gəlmir...

- Əlbəttə... Sözüsüz ki, iş varsa, çətinliklər də var. Bu illər ərzində xeyli çətinliklər keçmişik. Saytın ikinci ilində bağlanmaq təhlükəsi var idi. Burada konkret ad çəkəcəm. O vaxt “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid olmasaydı, yəqin ki, bu gün Modern.az saytı olmayacaqdı. O, saytın çətin günündə "davam edin!" dedi və bu işdə bizə stimul verdi. O, mənə bildirdi ki, "bir az güclü və səbirli olmaq lazımdır". Həmin vaxt əməkdaşlara əmək haqqı belə, vermək gücümüz yox idi. Belə vəziyyətlər hazırda da tez-tez təkrar olunur.
Biz gənclərlə işləməyə daha çox üstünlük veririk. Uzun illər mətbuatda çalışan dostlarımızla bir arada çalışmağı çox arzu edirəm. Sadəcə, onlara yaxşı məvacib verilməsi məsələsində xeyli problemlərimiz olduğuna görə, bunu edə bilmirik. Bir sözlə, çətinliklər və yaxşı günlərimiz olur. Keşməkeşli yollarla gəlib 5 ilə çata bilmişik. Amma hər halda hesab edirəm ki, internet portallarının çox olduğu bir zamanda fəaliyyət göstərmək asan məsələ deyil. O mənada sıradan sayt olmaq təbii, bizim arzu və istəyimiz deyil.

- Xəbər portallarında “kopiyalama” xəstəliyi sürətlə yayılır. Bəziləri bunu xəbər qıtlığı ilə əlaqələndirirlər. Siz də xəbər qıtlığı hiss edirsinizmi?

- Bəzi sayt rəhbərləri hansısa bir xəbərin və yaxud yazının onlara rəqib olmadığını deyirlər. Açıq şəkildə deyirəm ki, dostlarımız birmənalı şəkildə bilməlidirlər ki, onlara xəbərlər "podnosda" göndərilir. Amma bu günə qədər bizə "podnosda" hər hansı bir xəbər verilmədiyinə görə də müəyyən problemlərimiz olub. Hazırda da bu problemlər yaşanmaqdadır. Amma hesab edirəm ki, iş varsa, problemlər də var. Bunun öhdəsindən də gəlməyi qarşımıza məqsəd qoymuşuq. Xəbər qıtlığı ola bilməz. Xəbər həmişə var, onu tapıb cəmiyyətə təqdim etmək lazımdır. Bununçün də çalışmaq, zəhmət çəkmək gərəkir.

- Gələcəkdə hansı planlarınız var? Hədəfləriniz daxili bazardadır, yoxsa xarici ölkələrdə də tanınmaq, istinad mənbəyinə çevrilməyi arzulayırsız?

- General olmaq istəməyən əsgərin qəhrəman olmasına inanmıram. Biz istərdik ki, Modern.az daha qabağa getsin. Qafqazda və dünyanın hər bir yerində tanınsın. Amma istəklə imkanlar bəzən üst-üstə düşmür. Gələcəkdə Modern.az saytında müxtəlif xarici dillərdə xəbərlərin verilməsini istərdik. Bugün maddi imkanımız hələ ki, həmin istəyi arxa plana keçirib. Digər tərəfdən bizdə gedən yazılara dəfələrlə ermənilər reaksiya veriblər. Almaniya, Türkiyə və dünyanın ayrı-ayrı yerlərindən reaksiyalar olub. Bu gün Modern.az-ın maddi imkanın o qədər yaxşı olmadığından, saytın daha öndə getməsi üçün arzularımızı sandığa qoyub saxlayırıq.

- Daxili bazarda hansı xəbər saytını Modern.az-a rəqib görürsünüz?

- Demək olar ki, ölkədə hər gün yeni xəbər portalları yaranır. Buna da çox sevinirəm. Desəm ki, bəzi xəbər saytlarına rəqib kimi baxmıram, bu, səmimi cavab olmaz. Təbii ki, öndə gedən saytlarımızla rəqabət var. Amma bizim getdiyimiz yolda bizə rəqiblər çox azdır. Bizim aparıcı saytların və agentliklərin rəhbərləri var ki, Modern.az hansısa maraqlı xəbər verəndə buna qısqanclıqla yanaşırlar. Məndə isə qısqanclıq yoxdur. Açıq şəkildə deyə bilərəm ki, Azərbaycanda saytların 90 faizindən çoxu şou xarakterli xəbərlərə üstünlük verirlər. Amma Modern.az ölkəmizdə özünə məxsus üslubu və yolu olan saytdır. Bizim üslubumuzda gedə biləcək xəbər portalı görmürəm. Bunun da səbəbi var. Azərbaycanda bəlkə də 5 jurnalist ola bilər ki, mənim qədər informasiyalı olsun. Amma mən informasiyanın heç birini dəqiqləşdirməmiş verə bilmərəm. Bəzi həmkarlarımız harada nə eşidirlərsə, dəqiqləşdirməmiş sayta yerləşdirirlər. Bu kimi məsələlər şəxsən Modern.az saytından uzaqdır.

- Bu günün KİV mətbəxində aktual problemlərdən biri də xəbərlərin oğurlanması, istinad edilməməsi problemidir. Sizin də xəbərləriniz tez-tez oğurlanırmı?

- Hər bir mükəmməl xəbər hansısa bir saytda yerləşdiriləndə biz təbii ki, bunu istinadla götürüb saytımızda veririk. Çünki burada jurnalistin və saytın öz əməyi var. Bu gün artıq xəbəri bizdən götürüb özlərinin malı kimi öz saytlarına yerləşdirənlərin sayı kütləvi şəkil alıb. Modern.az başlayanda bu cür hallarla rastlaşanda zəng vurub, xəbərə istinad etdirə bilirdik. Amma hazırda bu məsələ kütləvi hal alıb. Vaxt edə bilmirik ki, sözügedən saytlara zəng edib, istinad elətdirək. Bu məsələ də ölkə mətbuatında ciddi problem olaraq qalır. Hesab edirəm ki, əksər aparıcı sayt redaksiyaları bu problemlərlə üzləşir. Bunun qarşısı alınmalıdır. Dəfələrlə olub ki, anspress.az bizim saytımızda xəbəri götürərək istinadsız verib. Özəl olaraq xəbər öncə Modern.az və yaxud digər saytlarda çıxırsa, başqa saytlar niyə istinadsız bu xəbəri verməlidirlər ki? Aparıcı informasiya agentlikləri də bəzən bu cür hallara əl atırlar. Modern.az-dakı xəbəri aparıcı agentliklər istinadla verməyi özlərinə sığışdırmır və istinadsız verirlər. Hesab edirəm ki, bütün KİV-lər istinad məsələsinə həmrəyliylə yanaşsa, daha yaxşı olar.

-Yeri gəlmişkən, Modern.az üçün əsas “İP”dir, yoxsa xəbər?

- Modern.az heç zaman “İP” dalınca qaçmır. “İP” bütün saytlar kimi bizdə də önəmli məsələdir. Amma mən milli maraqlarımızın əleyhinə olan xəbərlərlə “İP” yığmağın əleyhinəyəm. Bu gün ölkədə fəaliyyət göstərən saytların “İP”də ciddi problem var. Bəziləri erotik, porno xəbərlər yaymaqla, bəziləri də xüsusi robort kompüterlər vasitəsi ilə saytın “İP”nin artırılması ilə məşğuldurlar. Amma Modern.az saytı heç zaman bu cür yollarla oxucu sayı toplamır.

- Nədənsə Modern.az-da reklamlar azdır... Şirkətlər media ilə işləməyə cəhd etmir?

- Bəzi xəbər saytları yuxarıda qeyd etdiyim kimi, oxucu deyil, müxtəlif yollarla “İP”ni qaldırıb şirkətlərdən reklam alırlar. Bəzi şirkətlər də “İP”si cüzi olan xəbər saytlarına reklam verirlər. Adam bunu görəndə lap dəhşətə gəlir. Bu onu göstərir ki, sayta hər hansısa bir şirkətdən reklam almaq üçün gərək, özünün şəxsi imkanlarından istifadə edəsən. Azərbaycanda reklam bazarında ciddi problemlər yaşanır. Bu gün media orqanlarına reklam verən şirkət özlərinin xeyrinə deyil, şəxsi münasibətlərə daha çox üstünlük verirlər. Hər bir xarici ölkələrdə iri transmilli və eyni zamanda yerli şirkətlər sosial məsələlərlə bağlı vəsait ayırırlar. Bu vəsaitlərin müəyyən hissəsi mediada reklama yönəldilib. Azərbaycan mediasının bu məsələdə Türkiyə təcrübəsindən yararlanması kifayət qədər yaxşı hal olardı və hesab edirəm ki, bu da saytların inkişafına müəyyən dərəcədə müsbət təsir göstərə bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Prezident hərbçilərin aylıq pul təminatını artırdı - YENİLƏNİB 18 İyun 2019, 19:49 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılır 18 İyun 2019, 19:38 Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 20 faiz qaldırıldı 18 İyun 2019, 19:35 Minimum aylıq əməkhaqqı artırıldı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28