Arxiv
6 Sentyabr 2014, 12:15 | MÜSAHİBƏ
Şəki telekanalının baş direktoru: “İnsanlar bizə ümid yeri kimi baxır” - MÜSAHİBƏ


“Gözdən iraq media”
layihəsində Modern.az-ın müsahibi Şəkidəki “Kanal S”in baş direktoru Rəşad Məmmədovdur.

- “Kanal S” televiziyası 2008-ci ilin dekabrın 29-da ilk yayımına başlayıb. İlk vaxtlar yalnız xəbərlər və yalnız bir-iki veriliş hazırlanıb. İllər keçdikcə isə daha da inkişaf, tərəqqi və budur, hazırda gündəlik 3, 4 canlı verilişlə tamaşaçılarımızın qarşısında oluruq. Sırf televiziya profilli inşa edilən 3 mərtəbəli binamız tarixiliyi və müasirliyi əks etdirir. Kifayət qədər güclü maddi-texniki bazamız mövcuddur. Əməkdaşlarımız olduqca normal iş şəraitində çalışır. Hamı ekranda görünən hər bir kadrın kollektiv əməyin məhsulu olduğunu dərk edir və münasibətlərdəki hansısa bir boşluğun, soyuqluğun məhz həmin kadrda təzahür edəcəyini bilir. Yəqin siz də məşhur bir deyimdə olan fikri təsdiqləyərsiniz: “o insan xoşbəxtdir ki, səhər işə tələsir, axşam evə”. Məncə, bizim əməkdaşlarımız hamısı bu mənada xoşbəxtdir. Bir də ki, kanalımızdakı ümumi atmosfer barədə yəqin biz yox, kanalımıza gələn çoxsaylı qonaqlarımız deyə bilər.

Əgər “Kanal S”in fəaliyyətə başladığı ilk müddət yayım əhatəsinə yalnız Şəki, Qax, Zaqatala və Balakən daxil idisə, hazırda İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonları da bu siyahıya əlavə olunub. 2008 - 2011-ci illərdə 18 saat, 3 ildən çoxdur ki, 24 saat yayım həyata keçirilir. Onu da qeyd edim ki, 24 saat yayıma malik ilk region kanalı məhz “Kanal S”dir. Rəsmi internet saytımız - www.kanals.az vasitəsilə dünyanın istənilən yerindən efirimizi canlı izləmək də mümkündür. Kollektivimiz əsasən gənclərdən ibarətdir. İxtisas təhsilli gənclərlə yanaşı, televiziya sahəsini özünə yaxın bilən bacarıqlı əməkdaşlarımız da çoxdur. Hazırda xəbərlər, bədii yaradıcılıq, texniki, proqram, operatorlar, maliyyə və təsərrüfat şöbələri fəaliyyət göstərir. Eləcə də qrafika, montaj, studiya şöbələri də var. Kollektivin əksəriyyəti yerli və bölgədə yerləşən digər rayonların sakinlərindən ibarətdir. Ancaq bununla yanaşı, gündə ən azı 2-3 nəfər uzaq rayonlardan iş üçün müraciət edir.

Kanalın inzibati binasının Şəkidə - paytaxtdan çox-çox uzaqlarda yerləşməsinə baxmayaraq, demək olar ki, hər gün maraqlı və məşhur qonaqlarımız olur. Kollektiv üzvlərinin mehribanlığı, aparıcıların peşəkarlığı qonaqları daim valeh edir, necə deyərlər, kanalımıza qonaq gələn, bir də gəlmək istəyir.

- Proqram siyasətində hansı yöndə verilişlərə üstünlük verilir: xəbər-informasiya, maarifləndirici və ya əyləncə?

– Toxunduğunuz mövzu, şübhəsiz, çox vacibdir. Belə ki, proqram siyasəti nəinki həmin televiziyanın gələcəyini, eləcə də bütün cəmiyyətin fikrini formalaşdırır. Odur ki, biz də bu məsələyə çox incəliklə yanaşırıq. Tamaşaçı zövqü müxtəlifdir, bu aydındır, ancaq, bugünkü geniş tamaşaçı kütləsinin zövqünü formalaşdırmaq televiziyaların başlıca vəzifələrindəndir. Ona görə də biz proqramları əyləncəli, məlumatlandırıcı, maarifləndirici olmaqla bərabər şəkildə qurmağa çalışırıq. Məncə, bu, elə belə də olmalıdır. Çünki başqa cür olduqda ictimai müzakirələr başlayır. Bu isə, heç də yaxşı hal deyil. Düzdür, ictimai qınaq bəzən məsələnin köklü şəkildə həllinə səbəb də ola bilir. Məsələn, yəqin siz də təsdiqləyərsiniz ki, bir-iki əvvəl efir məkanının əksər hissəsinin şou biznes xəbərlərindən ibarət olması haqqında ictimai müzakirələr bu cür verilişlərin azalmasına səbəb oldu. Şou-biznes xarakterli verilişlərin keyfiyyətində dəyişikliklər edildi, pafoslar nisbətən də olsa yığışdırıldı və aşağı keyfiyyətli verilişlər efirdən çıxarıldı.

- İnformasiya sahəsində üstünlük verdiyiniz dəyərlər hansılardır?

- İlk növbədə operativlik və əlbəttə ki, obyektivlik. Son illər məşhur mətbuat agentlikləri bir sıra xəbərləri məhz “Kanal S”ə istinadən yayır. Bu, bizim doğrudan da operativliyimizdən xəbər verir.

- Bölgə televiziyası yaranan gündən bu vaxta qədər hansı problemlər sizi izləyib?

- Bölgə insanlarının bir az kameradan çəkinməsi, müxtəlif komplekslərə malik olması. Amma mən buna problem deməzdim. Onu da deyim ki, artıq bu məsələ də öz həllini tapıb və belə halla demək olar ki, heç üzləşmirik. İnsanlar aksiyalarımızda yaxından iştirak edir, ümid yeri kimi kanalımıza gəlir, problemlərini bizimlə bölüşürlər. Elə sadiq tamaşaçılarımız var ki, mübaliğəsiz deyə bilərəm – efirimizin hər anını izləyirlər.

- Bəs bu gün hansı problemlərlə üz üzəsiniz?

- Desəm ki, heç bir problemimiz yoxdur, yəqin səmimi alınmaz. Əlbəttə, iş olan yerdə nöqsan da olmalıdır, problem də yaranmalıdır. Amma deyim ki, kollektiv üzvlərinin səyi nəticəsində biz problemlərin öhdəsindən gəlməyə çalışırıq. Arzularımızda iddialıyıq. Ümumiyyətlə, işçi qəbulu zamanı mən təşəbbüskar, məqsədinə doğru addımlayan ambisiyalı gənclərə üstünlük verirəm. Bilirsiniz, televiziya elə bir sahədir ki, çətinlikdən zövq almadan, necə deyərlər, bərkə-boşa düşmədən işləmək mümkün olmur. Televiziya xəyalların gerçəkləşdiyi sehrli bir məkandır. Məncə, burada yalnız maddiyyatı düşünüb işləmək qətiyyən olmaz. Yalnız yaradıcı, peşəsinin məsuliyyətini düşünərək, gecələr montaj masasının arxasında mürgüləyərək, səhər tezdən çəkilişə qaçaraq, canlı efir həyəcanını yaşayaraq bundan zövq alan adamlar əsl televiziya işçiləri hesab oluna bilərlər. Bəlkə də mən bu mövzuda bir az hisslərə qapılaraq danışıram, amma məncə əsl televiziya məhz budur - daim inkişaf, daim yeni ideyalar, daim yüksəliş, daim həyəcan.

- Regionda auditoriyanın marağını hansı üsullarla qazana bilirsiniz?

- Müxtəlif üsullarla. Məsələn, kütləvi aksiyalarla, çox kanalların edə bilmədiyi çəkilişlərlə. Bu yaxınlarda cəbhə bölgəsində yaranan gərginliklərdən ən isti xəbərlər əməkdaşlarımız tərəfindən hazırlanıb. Cəbhə bölgəsində, birbaşa düşmənlə təmas xəttində keçirdiyimiz aksiya yəqin hələ uzun müddət yaddaşlarda qalacaq. 1992-ci ildə Ağdamda baş verən döyüşlərdə qəhrəmancasına həlak olan naməlum şəhid qəbirlərinin abadlaşdırılması bizim həm millətini sevən vətəndaş kimi, həm də layiqli televiziya işçisi kimi borcumuz idi. Baxmayaraq ki, Şəki ilə Tərtər arasında kilometrlərlə məsafə var, biz atəşkəsə kimi gedən döyüşlərdə kəndlərini tərk etməyən Borsunlu sakinləri üçün konsert proqramı təşkil etdik. “Yaşamaq gözəldir” verilişi vasitəsilə həftədə bir dəfə xeyriyyə aksiyaları keçirilir, onlarla xəstə insan məhz bu veriliş vasitəsilə sağlığına qovuşur, tənha yaşayanlar bu verilişə daim minnətdardırlar, çünki məhz bu verilişin yaradıcı heyəti sayəsində özlərini kimsəsiz saymırlar. Daha bir genişmiqyaslı layihəmiz isə “Açıq mikrofon” layihəsi oldu. Hər bir təklifimizə Şəki şəhər İcra hakimiyyətinin başçısı “Açıq mikrofon” layihəmizi də olduqca normal qarşıladı və beləliklə, yüzlərlə Şəki sakininin problemi qısa müddətdə öz həllini tapdı. Gördüyümüz işlər həddən artıq çoxdur. Şəhər əhəmiyyətli konsertlər artıq bizim təşkilatçılığımızla keçirilir.

- Regiona daxil olan başqa rayon və şəhərlərdə ayrı bürolarınız fəaliyyət göstərirmi?  

- Bəli, Ağdamda, Şamaxı-Ağsu, Balakən, Zaqatala, Qax, Qəbələ və İsmayıllıda müxbir postları var. Bununla yanaşı, dünyanın ən məşhur xəbər agentliyi olan Cihan Holdinqlə və Anadolu Ajansi ilə əməkdaşlıq edirik. Dünyanın istənilən yerində lazımi çəkilişləri onlar vasitəsilə reallaşdırırıq. Bununla yanaşı, “Associated Press”lə də xəbər mübadiləsi edirik.

- Televiziya kanalına gənc kadrları cəlb etmək sizin üçün nə dərəcədə çətindir?

- Deyim ki, mən bu məsələdə elə də çətinlik duymuram. Kanal S-də işləmək arzusunda olan hər bir kəs dəvət olunur, bu sahədə təcrübəsi yoxdursa, mütəmadi olaraq təşkil olunan treninqlərdə iştirak edir, təcrübəli işçilər tərəfindən kurslardan keçir. Təcrübə müddətində tapşırılan sınaqların öhdəsindən gəlməyə çalışır. Və artıq bir-iki il sonra ixtisaslaşaraq, bəzən vaxt çox yaxşı mütəxəssisə çevrilir. Bunun üçün isə, ilk növbədə həmin insanın özünün şəxsi səyi, arzusu, prinsipiallığı vacib amilə çevrilir və televiziya onun üçün həm iş, həm də şəxsi həyatında, ömür təcrübəsində əvəzolunmaz rol oynayır. Onu da qeyd edim ki, işlədiyim müddət ərzində dəfələrlə treninqlər təşkil olunub. Bir sıra məşhur aparıcılar əməkdaşlarımıza nitq mədəniyyətindən, ədəbi dil normalarından dərslər keçir. Televiziyanın ən vacib sahələrindən biri olan texniki şöbə də daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, müasir cəmiyyətimizi texnikasız təsəvvür etmək mümkün deyil. Televiziya işçiləri nəinki gündə, hətta hər saatda yeniliklərlə dolu olan texnologiya aləmindəki inkişafı daim izləməli, öz işlərində tətbiq etməlidirlər. Biz də buna görə çox tez-tez paytaxtdan mütəxəssislər dəvət edirik.

Bilirsiniz ki, region televiziyaları bir çoxları üçün həmişə tramplin rolunu oynayır. Yəni bir neçə il region kanalında çalışan gənclər karyera qurmaq üçün paytaxt televiziyalarına üz tuturlar. Bu da təbiidir. Bunu nəzərə alaraq, Şəki şəhər İcra Hakimiyyətinin təşəbbüsü və bizim təşkilatçılığımızla jurnalistika kurslarına start verdik.

- Kadr çatışmazlığı problemi hiss edirsinizmi?

- Düzünü deyim ki, bəlkə də əvvəlki illər kadr çatışmazlığı ilə bağlı müəyyən problemlər yaşanıb. Ancaq hazırda bu problem öz həllini tapmaqdadır. Belə ki, indi kifayət qədər güclü, bacarıqlı və peşəkar komandamız var. Və mən indiyə kimi etdiklərimizdə və bu gündən sonra görəcəyimiz işlərdə öz komandama güvənirəm.

Ulduz İbrahimova
Elmin Nuri 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Prezident hərbçilərin aylıq pul təminatını artırdı - YENİLƏNİB 18 İyun 2019, 19:49 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılır 18 İyun 2019, 19:38 Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 20 faiz qaldırıldı 18 İyun 2019, 19:35 Minimum aylıq əməkhaqqı artırıldı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28