Arxiv
9 Sentyabr 2014, 23:34 | MÜSAHİBƏ
“Ermənilərin “soyqırımı” ilə bağlı stenoqramı əlimə keçib” - MÜSAHİBƏ

Azərbaycan-Erməni Araşdırmalar Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universitetinin Ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlı Modern.az saytına müsahibə verib.

- Türkiyədəki ermənilər çox ciddi və effektiv lobbi fəaliyyəti qura biliblər. Onların mətbuatı, məktəbləri var və qurduqları təbliğat sayəsində Türkiyə ictimaiyyətinin tanınmış şəxslərinin düşüncələrində öz xeyirlərinə fikir dəyişikliyi ediblər. Ermənilərin buradakı fəaliyyəti, ictimai şüuru dəyişə bilməsi gələcəkdə Türkiyə xalqının böyük bir hissəsinə sirayət edə bilərmi?

- Ermənilərin Türkiyədə çox böyük diasporu var və bu ölkədə çox fəaldırlar. Onlar Türkiyə türkcəsini türklərdən yaxşı bilirlər. Onların əksəriyyəti Türkiyənin nüfuzlu universitetlərində təhsil almış çox savadlı, bilikli adamlardır. Türkiyədəki ermənilər özlərinin milli kimliyini, milli təəssübkeşliyini qorumaq baxımından vahid mövqedən çıxış edirlər.

Diaspor Ermənistan dövlətinin maraqlarını həyata keçirmək üçün sistemli şəkildə aktivlik nümayiş etdirir. Ermənilərin lobbiçiliyini bir çox tanınmış türklər də aparır. Biz bunun nümunələrini də görmüşük. Jurnalist Hrant Dinkin öldürülməsindən sonra nə qədər adamın onun müdafiəsinə qalxdığı bəllidir. Həmin adamlar indi də ermənilərin lobbi fəaliyyətinin tərkib hissəsidir. Orxan Pamuk səviyyəsində yazıçılar ermənilərin yalanına dəstək verir. Hasan Camal kimi tanınmış jurnalist də ermənilərə ən böyük dəstək verən şəxslərdəndir. O, 2012-ci ildə yazdığı “1915-erməni soyqırımı” əsəri ilə ermənilərə ən böyük dəstəyi verdi. O, Ermənistanda qondarma “erməni soyqırımı” abidəsinə çiçək dəstəsi də qoyub. Hasan Camal Tiflisdə ermənilər tərəfindən öldürülən Camal Paşanın nəvəsidir.
Hasan Camal kimiləri Türkiyədə az deyil. Bu kimi hallar onların  Azərbaycanla Ermənistan eyni sırada dayanan məqamlarda ikinciyə üstünlük verməsinə gətirib çıxarır. Onlar hətta Azərbaycan stendlərini dağıtmaq kimi üsullara da əl atıblar. Amma ümumilikdə türk xalqı Azərbaycanın yanında olduğunu bəyan edir. Dağlıq Qarabağ məsələsini Türkiyə dövləti və xalqı özünün problemi sayır. Azərbaycanda da uydurma “erməni soyqırımı” məsələsində həmişə Türkiyəyə dəstək olur. Bizim də sistemli fəaliyyətimiz olarsa, Türkiyədə erməni lobbisi və ona dəstək verən türklər məğlubiyyətə düçar olacaq.

- Van-İrəvan aviareysinin açılması yenidən gündəmdədir və məlumata görə Vanda 2015-ci ilin 2 aprelində təşkil olunacaq tədbirdə ilk uçuşun həyata keçirilməsi gözlənilir. Bunun üçün Van Hava Yolları şirkətinin yaradılması da nəzərdə tutulur. Uçuşların həyata keçirilməsi realdırmı?

- Türkiyə ilə Ermənistan arasında aviareyslər var. Misal olaraq İrəvan-İstanbul reysini göstərə bilərik. İrəvandan Antalyaya da hava reysləri həyata keçirilir. Lakin bunlar çarter reysləridir və buna qadağalar yoxdur. Van-İrəvan aviareysi də hər hansı məkrli məqsəd üçün açılmaz. Ermənistandan Türkiyəyə gələn ermənilər əsasən turist səfərləri edirlər. 

- Yenidən Sürix Protokolları və bu protokollar əsasında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı informasiyalar dövriyyəyə buraxılır. Bu məsələ ilə bağlı Türkiyə dövlətinin rəsmi mövqeyi və türk xalqının düşüncəsi bəllidir. Ermənişünas alim kimi, Ermənistan cəmiyyətində bu məsələ ətrafında hansı mühakimələrin yürüdüldüyünü deyə bilərsinizmi?  

- Ermənilər çox gözəl başa düşürlər ki, sərhədlər açılmayacaq. Çünki ortada təkcə Qarabağın işğalı faktı yox, həm də ermənilərin illərdir irəli sürdüyü yalançı “erməni soyqırımı” iddiaları var. Bu “soyqırımı” iddiasının arxasında isə təzminat məsələləri dayanır. Ermənilər Türkiyədən 300 milyard dollarlıq təzminat istəyirlər. Ermənilər eyni zamanda Türkiyənin bəzi vilayətlərinə ərazi iddialarını da irəli sürürlər. Buna görə 1993-cü ildə həm Kəlbəcərin işğalı, həm də ermənilər Türkiyəyə qarşı ərazi iddialarından vaz keçmədiyinə görə Ermənistanla sərhədlər bağlandı.
Bilirsiniz ki, Ermənistanın Konstitusiya Məhkəməsi Sürix Protokollarını təsdiq etmədi. Çünki məhz Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyəyə qarşı ərazi iddialarını ortaya atıb. Sərhədlərin açılması Ermənistan üçün o deməkdir ki, rəsmi İrəvan Türkiyənin ərazi bütövlüyünü tanıyır. Ancaq Ermənistan rəsmən Türkiyənin ərazi bütövlüyünü tanımır. Ermənistanın Konstitusiya aktında yazılıb ki, Türkiyənin Ərzurum, Muş, Qars, Bitlis, Trabzon vilayətləri guya Ermənistana məxsusdur. Ona görə Ermənistandakı millətçi qüvvələr sərhədlərin açılmasına qarşıdırlar. Ancaq bəzi qüvvələr də Ermənistanda ağır iqtisadi vəziyyəti, bərbad sosial durumu nəzərə alaraq Türkiyə ilə sərhədlərin açılmasını tələb edir. Çünki Türkiyə ilə sərhədlər açılarsa Ermənistanın Avropaya çıxışı olacaq. Sərhədlərin açılması iqtisadi cəhətdən Ermənistanın xeyrinədir. Türkiyənin bəlkə də sərhədlərin açılmasında iqtisadi baxımdan elə də ciddi maraqları yoxdur. Yaxın zamanlarda sərhədlərin açılması real görünmür. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunmayınca, sərhədlər açılsa, Türkiyə bölgədəki əsas və tək müttəfiqi Azərbaycanı itirəcək.

- Dağlıq Qarabağdakı separatçı rejimdə növbədənkənar “prezident seçkisi”nin keçiriləcəyi ilə bağlı erməni mediasında müxtəlif versiyalar səslənir. Separatçıların keçmiş lideri Arkadi Qukasyanın növbəti dəfə qondarma quruma “prezident” postuna gətiriləcəyi iddia edilir və bu bir növ Ermənistan siyasi kuluarlarında Qarabağ uğrunda mübarizənin qızışması kimi şərh olunur.  Bunu Ermənistan hakimiyyəti daxilində Qarabağla bağlı ixtilafların yaranması kimi xarakterizə etmək olarmı?  

- Ermənistanda hakimiyyətə gəlmək məsələləri hamısı razılaşdırılır. Dağlıq Qarabağda kimin separatçı quruma rəhbərlik edəcəyi Ermənistanın ortaya atdığı oyundur. Ermənistanda kimi məsləhət görürlər, o da Dağlıq Qarabağ “rəhbərliyinə” gətirilir. Arkadi Qukasyanı mən tanıyıram.

2001-ci ildə biz ATƏT xətti ilə Dağlıq Qarabağda olanda Arkadi Qukasyanla görüşmüşük. Onun elə bir üstün ağlı, zəkası, şansları yoxdur. Ona görə də demək olar ki, sadəcə olaraq separatçı rejimdə yerdəyişmə ola bilər.  

- Ermənilər uydurma “soyqırımı”nın 100 illiyi ilə bağlı ciddi təbliğat işlərinə başlayıblar. Sizcə hansı ölkələr “soyqırımı” tədbirlərinə qatılacaqlar? 

- “Erməni soyqırımı”nın 100-cü ili ilə bağlı kampaniyaların başlanması ilə paralel olaraq ermənilər Dağlıq Qarabağın “müstəqilliyinin” tanıdılması məsələsini də gündəmə gətirirlər.

Bu yaxınlarda ABŞ-ın Kaliforniya ştatı Dağlıq Qarabağı “müstəqil dövlət” kimi tanıdı. “Erməni soyqırımı” ilə bağlı komissiya yaradılanda onun stenoqramı mənim əlimə keçmişdi. Orda vurğulanır ki, bu məsələni imkan daxilində gizli saxlamaq lazımdır. Ermənilər türklərin onların işlərindən xəbəri olmasını istəmirlər, əks təqdirdə Türkiyə “soyqırımı” tədbirlərinin qarşısını almaq üçün addımlar atacaq. Böyük ehtimalla, “soyqırımı” tanıyan ölkələrin rəhbərliyi həmin tədbirlərdə iştirak edəcək. Biz də Azərbaycan olaraq buna qarşı qabaqlayıcı tədbirlər görməliyik. 

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da bu tədbirlərdə iştirak edəcəyi iddialar sırasında yer alır... 

- Ərdoğan heç vaxt “erməni soyqırımı” tədbirlərində iştirak edə bilməz. Türkiyənin dövlət və milli maraqları Ərdoğanın orda iştirakına imkan verməz.  

Aqşin KƏRİMOV 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təmizliyin İsveçrə modeli 15 Sentyabr 2019, 10:11 Bu gün “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək 15 Sentyabr 2019, 09:53 Ermənistan atəşkəsi 22 dəfə pozdu 15 Sentyabr 2019, 09:49 “Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Azərbaycanda Bilik günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46 Mehriban Əliyeva  Şamaxıda əhali ilə görüşdü - FOTOLAR 14 Sentyabr 2019, 20:33 Çörçilin doğulduğu saraydan qızıl unitaz oğurlanıb 14 Sentyabr 2019, 20:16 Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası... 14 Sentyabr 2019, 20:01 Təhsil ekspertindən direktorlara sərt İTTİHAM: “Sevgililərini katibə, laborant götürürlər!” 14 Sentyabr 2019, 17:37 Əminə Dilbazinin Amerikadakı qızı İlham Əliyevə təşəkkür etdi: “Təkliflərim var” 14 Sentyabr 2019, 17:13 Taksi xidmətlərində gəlirlərin gizlədilməsinə necə mane olmalı... 14 Sentyabr 2019, 16:28 “Eldar Həsənov vəzifədən getdikdən sonra saxtakar müstəntiq və prokuroru böyütdülər” - Bir cinayətin TARİXÇƏSİ 14 Sentyabr 2019, 16:04 Binəqədidə təhsil konfransı keçirilib 14 Sentyabr 2019, 15:42 Ordumuzun tarixini yazan polkovnik: “Bakının azad edilməsi üçün əsas istiqamət “Qurd qapısı” götürülmüşdü” 14 Sentyabr 2019, 15:32 Məktəblərin ətrafında piyada keçidləri yenilənir 14 Sentyabr 2019, 15:06 Rusiyada ağır yol qəzası: 9 ölü, 20 yaralı... 14 Sentyabr 2019, 14:42 Təhsil naziri Biləsuvarda məktəb açılışına gedib 14 Sentyabr 2019, 14:29 Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi … 14 Sentyabr 2019, 14:27 İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib 14 Sentyabr 2019, 14:17 Dilçilik İnsititutunun direktoru: “Qarabağ dialektoloji atlasını çapa hazırlayırıq” - MÜSAHİBƏ 14 Sentyabr 2019, 14:12