Modern.az

İnternet brauzerləri: Explorer o birilərini üstələyir

İnternet brauzerləri: Explorer o birilərini üstələyir

2 Avqust 2010, 17:22
"Net Applications" şirkəti artıq ikinci aydır ki Internet Explorer brauzerinin bazardakı payının artdığını qeyd edir.
Belə ki, analitiklərin hesablamalarına görə, iyul ayında internetə qoşulmuş kompüterlər sahiblərinin 60,7 faizi məhz Microsoft şirkətinin veb-brauzerinə üstünlük veriblər. Müqayisə üçün xatırladaq ki, iyun ayında Internet Explorerin bazarda payı 60,3, may ayında isə 59,7 faiz olub.
Reytinqin ikinci pilləsində yer almış Firefox brauzeri (Mozilla) əksinə istifadəçi sayını itirir. Əgər iyun ayında bu brauzerin bazardakı payı 23,8 təşkil etmişdirsə, iyul ayında müvafiq göstərici 22,9 faizə bərabər olub.
Firefox-dan sonra siyahıda Google Chrome gəlir. Onun sahə üzrə payı 7,2 faiz civarındadır.

Dördüncü pilləyə iyul ayının sonuna bazardakı payı 5,1 faiz olan Apple Safari veb-brauzeri sahiblik edir. Xatırladaq ki, iyunda Safari-nin müvafiq göstəricisi 4,9 faiz təşkil edib.
İlk beşliyi Opera brauzeri tamamlayır: ötən ay ərzində Opera mövqeyini 2,3 faizdən 2,5 faizədək artıra bilib.
Müvafiq sahənin 1,7 faizi digər internet brauzerlərin ümumi payına düşür.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir