Modern.az

Lənət mumiyası və 7 sirli ölüm

Lənət mumiyası və 7 sirli ölüm

3 Avqust 2010, 15:24

Avstriya - İtaliya sərhədindəki Alp dağının Ötzlar adlı yerində aşkarlanan bir insan mumiyası özəl xüsusiyyətləri ilə dünyanı heyrətləndirməkdə davam edir. 1991-ci ildə tapılan bu mumiyaya "Ötzi" adı verilib.

Təbiətin “əlləriylə” mumiyalanmış və bu günə qədər gəlib çatmış "Buz adam" ləqəbli bu mumiya sirli-sehrlidir.

“Ötzi” adlı mumiya, həm bütün insanlardan fərqli üstün fiziki xüsusiyyətləriylə, həm də onu araşdıranları lənətləməsiylə bağlı bir çox sirri özündə saxlayır. Onun bədənində 57 qəribə döymə var. “Ötzi”nin cəsədi tapılanda onun əlində müalicəvi göbələk də olub.

Maraqlıdır ki, “Ötzi”ni tapan və onun üzərində araşdırma aparan 7 nəfərin hamısı ölüb.

Bədbəxt hadisələr 1992-ci ildə “Ötzi”nin bədəni üzərində araşdırma aparan tibb işçisi Rayner Hennin ölümü ilə başlayıb. Doktor Henn “Ötzi” haqqında informasiya verəcəyi bir konfransa gedərkən avtomobil qəzasında ölüb.

İkinci qurban doktor Henni və digərlərini “Ötzi”nin tapıldığı yerə aparan alpinist Kurt Fritz olub. O, uçqun altında qalıb.

Avstriyalı jurnalist Rainer Hoelzl mumiyanın üçüncü qurbanı olub.
“Ötzi”nin yerindən çıxarılmasını və araşdırmaları yaxından izləyən, bu barədə reportaj hazırlayan, yeganə jurnalist kimi film çəkilməsində iştirak edən Rainer Hoelzl də sirli ölümün badına gedib.


Mumiyanın dördüncü qurbanı onu tapan alman turist Helmut Simondur. O, 200 metrlik uçuruma düşüb.

“Ötzi”nin bədənini bakteriyalara və göbələklərə qarşı qoruyan professor Fredrix Tifen Brunner isə açıq ürək əməliyyatında ölüb.

“Ötzi” mövzusundakı bir nömrəli mütəxəssis olan arxeoloq Konrad Spindler 5 ölümdən sonra artıq dilə gətirilməyə başlanan lənət söz-söhbətlərini “necə yəni, sıradakı mənəm?” deyərək medianı uydurma məlumatlar yaymaqda suçlayırdı. Bununla özünə təsəlli verirən arxeoloq müəmalı bir şəkildə ölüb.
Avstralyalı doctor Tom Loy “lənət”in son qurbanı olub. O, “Ötzi” haqqında bir kitabın son səhifələrini yazarkən ölüb.

Hazırladı Vüqar Ağamalıoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir