Modern.az

Vaqif Cavadov "Tvente"dən "Qarabağ"a qayıtdı

Vaqif Cavadov "Tvente"dən "Qarabağ"a qayıtdı

13 Avqust 2010, 15:38

Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov karyerasını “Qarabağ”da davam etdirəcək. Bu haqda mətbuata Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov xəbər verib. Onun sözlərinə görə, 21 yaşlı hücumçu Hollandiya karyerasının ardından yenə doğma klubuna qayıdır:

“Vaqiflə danışmışam. Bu məsələni həll olunmuş saymaq olar. Problem yaranmasa, o, “Borussiya” ilə oyunlarda bizə kömək edəcək. Sadəcə, klubun direktoru Əmrah Çəlikəlin Türkiyədən qayıtmasını gözləyirəm ki, gəlib “Tvente”ylə məsələni yoluna qoysun”.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?