Modern.az

Daha bir jurnalist deputatlığa namizədliyini irəli sürəcək

Daha bir jurnalist deputatlığa namizədliyini irəli sürəcək

23 Avqust 2010, 15:53

Qarşıdakı parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürəcək jurnalistlər sırasına biri də əlavə olunub. Müstəqil İnformasiya Agentliyinin (MİA) redaktoru Zaur Əhməd 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olmaq niyyətində olduğunu bəyan edib.
MİA-nın redaktoru deyib ki, əslən Cəbrayıl rayonundan olduğu üçün seçicilərini yaxşı tanıyır: “Cəbrayıl 17 il əvvəl işğal olunub. Cəbrayıllıların üzləşdiyi problemlər mənə yaxşı tanışdır. Həmyerlilərimin hüquqlarını qorumaq, onların dərdinə şərik çıxmaq üçün namizədliyimi irəli sürməyə qərar verdim”.

Jurnalist həmyerlilərinin ona etimad göstərəcəklərinə inandığını deyib. O, seçicilərini öz platforması ilə tanış etmək üçün mətbuatın dəstəyinə bel bağladığını bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi