Modern.az

İbrahim Tatlısəs siyasətə girir

İbrahim Tatlısəs siyasətə girir

3 Yanvar 2015, 21:52


Məşhur türkücü İbrahim Tatlısəs qarşıdakı seçkilərdə Şanlıurfadan millət vəkilliyinə namizəd olacağını sosial media hesabından bildirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2011-ci ildə seçkilərə qatılaraq deputat olmaq istəyən, lakin uğradığı silahlı hücum sonrasında bu ideyasından imtina edən məşhur sənətçi İbrahim Tatlısəs, deputatlıq sevdasından əl çəkmir. 

Tatlısəs İnstagram səhifəsində qızının olduğu bir şəkli paylaşaraq, Əlif Ada üçün deputat olmaq istədiyini deyib.

Tatlısəs İnstagram hesabından verdiyi açıqlamada bildirib: “Bu dəfə artıq kimsə məni imtina etdirməyəcək. Yox deyirəm, çünki bu dəfə qızım Əlif Ada üçün istəyirəm. Həmvətənlərimin yanımda olduğunu bilirəm. Amerikadan qayıdın kimi, inşallah, fəaliyyətimə başlayacağam. Bu saatdan sonra xidmətdə sərhəd yoxdur”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi