Arxiv
7 Oktyabr 2009, 17:47 | DÜNYA
"Ermənistan "soyqırım" ideyasını kreditlə satıb"

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu oktyabrın 7-də «Ria-Novosti» İnformasiya Agentliyində 2009-cu ilin sentyabr ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Modern.az xəbər verir ki, M.Əhmədoğlu bildirib ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistan və dünya erməniləri üçün ən aktiv müzakirə mövzusudur. Onun sözlərinə görə, sərhədlərin açılması ilə bağlı iki fakt - BMT-nin 64-cü sessiyasında keçirilən görüşlərdə səslənən maraqlı bəyanatlar və Ermənistanın xarici işlər naziri E.Nalbandyanın ABŞ dövlət katibi H.Klintona təşəkkürü də bunu deməyə əsas verir: «Ermənistan sərhədlərin açılması üçün ABŞ-a minnətçi düşüb. Amma Ermənistan mətbuatında Türkiyənin əleyhinə iftira, hədələr və həqiqəti əks etdirməyən bəyanatlar səsləndirilir. Türkiyə hakimiyyətinin bu təhqirlərə niyə dözdüyü mənə aydın deyil. Heç kimə sirr deyil ki, Ermənistanın əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqdır. Artıq onlar Rusiya ictimaiyyətini də inandırıblar ki, Türkiyə ilə sərhədlərin açılması rəsmi Moskvanın xeyrinədir. Lakin hamımız çox yaxşı bilirik ki, bu həqiqətdə belə deyil».
Politoloqun fikrincə, Cənubi Qafqazdakı proseslər Ermənistanın istədiyi istiqamətdə cərəyan etməsə, adıçəkilən regionda heç vaxt sabitlik olmayacaq. Ermənistan hər alçaqlığa əl atır ki, təki Azərbaycanla Türkiyənin münasibətləri kəskinləşsin: «Ermənistana verilən kreditlər siyasi dəstəkdir. Bir tərəfdən Asiya İnkişaf Bankı bəyanat verir ki, Ermənistanda iqtisadiyyatın aşağı düşmə tempi 9,9 faizdir. Ona görə də bu bank Ermənistanın cənubu ilə şimalını birləşdirən yolun tikintisi üçün 32 il müddətinə 500 milyon dollar kredit verir. Lakin AİB krediti ayırmamışdan az öncə Ermənistanın iqtisadi inkişafı ilə bağlı neqativ rəyini daha da sərtləşdirdi».
M.Əhmədoğlunun qənaətincə, Ermənistan dövlətinin başında dayanan adamlar 95 il milləti «soyqırım» nağılı ilə aldatsa da, axırda özləri üçün müqəddəs saydıqları bu ideyanı 1,3 milyardlıq kreditə satdılar: «Belə çıxır ki, gələcəkdə də Dağlıq Qarabağı Azərbaycana pulla sata bilərlər. Ancaq bundan arxayınlaşmaq lazım deyil. Ona görə də Azərbaycan baş verən bütün proseseləri dərindən analiz etməlidir».
Sonda SİTM sədri Azərbaycanda fəaliyyət göstərən nurçuların fəaliyyətinə də diqqət çəkib. Politoloq bildirib ki, nurçular hansı ölkənin ərazisində fəaliyyət göstərirlərsə, həmin dövlətləri ciddi problemlər gözləyir: «Obrazlı desək, nurçular gec partlayan minalara bənzəyirlər. Bu «minaları» vaxtında aşkarlayıb, zərərsizləşdirmək lazımdır».  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE 17 Sentyabr 2019, 16:32 Orta məktəb dərslikləri Milli Məclisdə tənqid olundu 17 Sentyabr 2019, 16:22 Nazirliyin sabiq Aparat rəhbəri Əjdər Ol yeni vəzifəyə təyin olundu 17 Sentyabr 2019, 16:20 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi 17 Sentyabr 2019, 16:03 Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ 17 Sentyabr 2019, 16:00 “Azərsu” kanalizasiya sistemlərini yeniləyir 17 Sentyabr 2019, 15:57 Azərbaycan Qazaxıstanla Xəzər dənizi üzrə məsləhətləşmələr keçirib 17 Sentyabr 2019, 15:51 “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə vaxtı bəlli oldi 17 Sentyabr 2019, 15:44 Qaxda QƏZA - 3 nəfər yaralandı 17 Sentyabr 2019, 15:41 Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO 17 Sentyabr 2019, 15:33 Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır 17 Sentyabr 2019, 15:27 Rövşən Rzayev 30-dan çox köçkünü qəbul etdi 17 Sentyabr 2019, 15:20 “Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI 17 Sentyabr 2019, 15:13 Oyuncağa dönən mitinq məsələsi... 17 Sentyabr 2019, 14:56 Bu il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI - 66 faizi kişilərdir 17 Sentyabr 2019, 14:56 Ceyhun Bayramov  Basqalda orta məktəbinin AÇILIŞINDA 17 Sentyabr 2019, 14:36 Niyazi Bayramov Edvard Karvardini qəbul edib 17 Sentyabr 2019, 14:20 Ordumuzun təlimləri davam edir - VİDEO 17 Sentyabr 2019, 14:17 Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq 17 Sentyabr 2019, 14:13 ŞAH MAT Teatrı “Qodonun intizarında”... 17 Sentyabr 2019, 14:11 Bakı Uşaq Teatrı yeni mövsümə başlayır 17 Sentyabr 2019, 13:47 Mədəniyyət komitəsi 11 qanun layihəsini müzakirəyə çıxardı 17 Sentyabr 2019, 13:33 İlham Əliyev gürcü naziri qəbul edib 17 Sentyabr 2019, 13:25 Bakıdakı açılış dünyanın gözünü Azərbaycana YÖNƏLDİB 17 Sentyabr 2019, 13:18 Kulis.az-dan şeir MÜSABİQƏSİ - 1000 manat mükafat 17 Sentyabr 2019, 13:11 UNEC-in ikili diplom proqramlarının sərgisi keçiriləcək 17 Sentyabr 2019, 13:07 Sabahın HAVASI: 32 dərəcə isti olacaq 17 Sentyabr 2019, 13:05 9 yaşlı uşağı vurub öldürən sürücü tutuldu 17 Sentyabr 2019, 12:56 Komitə sədri büdcədən mədəniyyət sahəsinə ayırmaların artırılmasını istədi 17 Sentyabr 2019, 12:56 Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT 17 Sentyabr 2019, 12:49 Sərnişinlə dolu yük maşını uçuruma yuvarlandı: 20 ölü 17 Sentyabr 2019, 12:47 “Başımın üstündə qurğuşun əritdi, bədənimə dağ basdı” - Çildağdan REPORTAJ 17 Sentyabr 2019, 12:36 Onlar nə əxlaqsızdılar, nə dəli, nə bisavad... 17 Sentyabr 2019, 12:26 Kirayə evlər ucuzlaşacaq 17 Sentyabr 2019, 12:21 Ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək! 17 Sentyabr 2019, 12:13