Modern.az

İranda it saxlamaq qadağan edilib

İranda it saxlamaq qadağan edilib

İqtisadiyyat

30 Avqust 2010, 10:43

İran İslam Respublikasında heyvanlar üçün olan bütün malların reklamı qadağan edilib. Bu barədə The Daily Telegraph qəzeti məlumat yayıb. Modern.az-ın məlumatına görə, ayətullah Nasir Makeram Şirazinin verdiyi fətvadan sonra hakimiyyət bu addımı atıb. Şirazi fətvasında bəyan edib ki, islama görə, it  “natəmiz heyvan” sayılır.

İranda son zamanlar evdə it saxlamaq dəbə düşüb. Ayətullah Şirazi hələ iyun ayında bəyan edib ki, it saxlayan sakinlər “Qərbi kor-koranə təbliğ edirlər”.
“Bu heyvanlara bağlılıq sonaradan şeytani sonluqlara gətirib çıxaracaq”-deyə fətvada bildirilir.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir