Modern.az

MSK seçkidə səs vermək üçün tələb olunan sənədləri açıqladı (siyahı)

MSK seçkidə səs vermək üçün tələb olunan sənədləri açıqladı (siyahı)

7 Sentyabr 2010, 12:31

Mərkəzi Seçki Komissiyası parlament seçkilərində səs vermək üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb. Modern.az-a MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, parlament seçkilərində məntəqələrdə səs vermək üçün aşağıdakı sənədlər tələb olunur:

Azərbaycan Respublikasının vətəndaşları özləri ilə şəxsiyyəti təsdiq edən vəsiqə, Azərbaycan Respulikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsini götürməlidirlər;

Qaçqın və məcburi köçkünlər isə əgər vətəndaşların şəxsiyyət vəsiqəsi yoxdursa, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formal vəsiqə almalıdır;

Həqiqi və ya müddətli hərbi xidmətdə olanlar zabitin şəxsi vəsiqəsi və hərbi bileti təqdim etməlidir;

Barələrində həbs növündə qəti imkan tədbiri seçilərək istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər üçünsə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd olmalıdır; Azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən məhkumlar üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənəd təqdim etməldidr; Azərbaycan Respublikasının ərazisində azı 5 il daimi yaşayan vətəndaşlığı olmayan şəxslər vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməlidir. MSK xəbərdarlıq edir ki, seçki prosesində yuxarıda göstərilən sənədlərdən başqa, digər sənədlərdən istifadə olunması yolverilməzdir Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi