Modern.az

Martin Lüter Kinqin şəxsi fotoqrafı FTB-yə işləyirmiş...

Martin Lüter Kinqin şəxsi fotoqrafı FTB-yə işləyirmiş...

İqtisadiyyat

15 Sentyabr 2010, 12:51

Ameriakada qaradərili insanların hüquqları uğrunda mübarizə aparan məşhur Martin Lüter Kinqin şəxsi fotoqrafı sən demə FBR-ə işləyirmiş. Modern.az The Commercial Appeal qəzetinə istinadən bildirir ki, ABŞ-da irqi ayrı- seçkilik dönəmində özünün fotoşəkilləri ilə tanınan qaradərili fotoqraf Ernest Uizers bir neçə il Federal Təhqiqatlar Bürosu ilə əməkdaşlıq edib.

Memfis şəhərində nəşr olunan qəzetin əməkdaşı Mark Perruski iki il ərzində bununla bağlı araşdırma aparıb və İnformasiya Azadlığı Aktına əsaslanaraq FTB-nin arxivlərində işləyib. Bu sənədləri araşdırarkən o, Ernestin adını görüb. Məlum olub ki, 1968-70-ci illərdə Uizers pul müqabilində FTB-ni amerikalı zənci fəalların yığışdıqları yer barədə “lazımı yerləri” məlumatlandırıb. FTB-nin arxiv sənədlərində hətta onun görüşdüyü idarənin agentlərin adı belə qeyd edilib. Bunlar Hauell Louv, Uilyyam Lourens olub. O dövrdə zənci hərəkatının tanınmış fəalları olan şəxslər bu araşdırmanı birmənalı qarşılamayıblar. Uizersin qızı Rosalind araşdırmaya sərt reaksiya verib və bildirib ki, atasının ünvana ilk dəfədir belə itithamlar səslənir.  

Ernest Uizers Martin Lüter Kinqin şəxsi fotoqrafı olub. O, 1968-ci il aprelin 4-də Kinqin Memfis otelində öldürüldüyü gün onu görən sonuncu adamlardan biri olub. Uizersin ən məşhur fotoları Martin Lüterin ABŞ-da qaralara minmək qadağan edilmiş avtobusda  olan şəkli və “Mən –insanam” plakatı tutmuş zənci kütləsinin əks olunduğu şəkildir.

Ernest Uizers 2007-ci ildə 85 yaşında vəfat edib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir