Modern.az

Oqtay Əsədov Belarus prezidenti ilə görüşəcək

Oqtay Əsədov Belarus prezidenti ilə görüşəcək

10 Oktyabr 2009, 16:33

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti oktyabrın 12-13-də Belarus Respublikasında rəsmi səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov Modern.az-a bildirib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Nizami Xudiyev, Ərəstun Cavadov və digər rəsmi şəxslər daxildirlər.
Parlament nümayəndə heyətinin üzvləri Belarus Milli Məclisinin Nümayəndələr Palatasının və Respublika Şurasının fəaliyyəti ilə tanış olacaqlar.
A.Nəsirov deyib ki, səfər zamanı Milli Məclis sədrinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə də görüşü nəzərdə tutulur. Görüşdə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko və Respublika Şurasının sədri Boris Batura ilə keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə müzakirələr aparılacaq.
Səfər zamanı Belarusun qanunvericilik orqanı və Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.
Azərbaycan parlament nümayəndə heyəti Belarus traktor zavodunda olacaq, digər sənaye müəssisələrinə də baş çəkəcək.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir