Modern.az

“PSİXOLOQ MƏSLƏHƏTİ” – 2 saata necə zirvəyə yüksəlmək olar? - MARAQLI

“PSİXOLOQ MƏSLƏHƏTİ” – 2 saata necə zirvəyə yüksəlmək olar? - MARAQLI

14 Aprel 2015, 00:33

 

Modern.az bu yazısında “2 saat effekti”ndən istifadə etməklə özünü yüksək səviyyədə inkişaf etdirməyin yollarını açıqlayacaq.

Başlıq yəqin ki, çoxunuzda ya ikrah, ya da qeyri-ciddilik reaksiyasına səbəb oldu. Həmən  düşünəcəksiniz ki, bir insan az qala bütün ömrünü zirvəyə çatmaq üçü çalışır, vuruşur, amma çox zaman bu istəyinə çata bilmir. Bəs necə olur ki, cəmi 2 saatlıq qısa zaman kəsimi insanı lider kimi formalaşdıra bilər? Bu sualınıza mən yox, böyük motivator, biznes sahəsidə tutarlı uğurlar qazanan psixoloq Brayan Treysi özünün “Bəhanələrə son” adlı kitabından çıxış edərək cavab verəcək.

Deməli, öz inkişafımıza, işimizə hər gün həmişəkindən 2 saat çox vaxt ayırmaq get-gedə bütün uğurların əsası olacaq. Dünyanın hər yerində kitabları satılan və böyük gəlirlər əldə edən psixoloq B. Treysi  and-aman edir ki, bu 2 saat effekti sadəcə sözçülük deyil, həqiqətən də sınanmış bir metoddur.

Ortaya bir  çətinlik çıxa bilər: onsuz da iş çox, gərginlik çox, istirahətə də vaxt tapa bilmirik. Bəs bu 2 saatı hardan alaq?

Elə isə bir hesablama qurun: Həftədəki saatların miqdarı – 168 saat; Yuxu – 56 saat (hər halda bir gündə 8 saat yuxu normal haldır)

 İş – 40 saat (həftədə 5 gün işləyənlər üçün)

21 saat- yemək-içmək, geyinmək və digər ictimai-tələbatlar;

Bunları cəmləyib 168 saatdan çıxdıqdan sonra yerdə 51 saat qalır. Bax, insanın bütün uğurları həmin 51 saatı necə xərcləməsindən asılıdır.

“2 saat” effektini tətbiq etsək həftədə cəmi 14 saat xərcləmiş olarıq. Yenə 37 saat qalır və biz yenə də vaxtın azlığından şikayətlənirik. Xanımlar və cənablar! Bütün xoşbəxtlik vaxtı dəyərləndirməkdən, həyat tərzini xüsusi bir rejimə salmaqdan başlayır. Zirvəyə çıxmaq üçün yalnız “2 saat” lazımdır.

Həmin iki saatı bu cür də bölüşdürmək olar:

- İşə vaxtından bir saat tez çatmaq və vaxtından bir saat gec çıxmaq. Çox yox, cəmi 2 həftə təcrübə etsəniz hər gün sərf etdiyiniz 2 saatın faydasını görəcəksiniz;

 - Sosial şəbəkə, televizor, əyləncə məkanlarından hər gün 2 saat oğurlayın. Onlar sizdən inciyəcəklər, amma yenə də 2 həftədən sonra sözün yaxşı mənasında rahatlığı hiss edəcəksiniz.  

 Elmin NURİ          


 
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi