Modern.az

İntim həyat üçün vacib olan VİTAMİNLƏR

İntim həyat üçün vacib olan VİTAMİNLƏR

Mədəni̇yyət

19 Aprel 2015, 23:21


Normal cinsi fəallığın təmin olunmasında qida rasionuna daxil edilən ərzaq məhsullarının təsiri böyükdür. Sağlam seks üçün sağlam həyat tərzinin vacib şərtlərindən biri olan düzgün qidalanmanın intim həyatda rolu böyükdür.

Bəs intim həyat üçün vacib olan vitaminlər hansılardır?

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

E vitamini


Cinsi fəallıq üçün nomal qan dövranı əsas amillərdən biridir. E vitamini orqanizmdə qan dövranının yaxşılaşmasını təmin edir. Sonsuzluğun əsas səbəblərindən biri orqanizmdə E vitamininin çatışmazlığı ilə bağlıdır. E vitamini cinsiyyət hormonu sintezini gücləndirir. Normal intim həyata malik olmaq üçün orqanizmin bu vitaminlə təmin olunmasına diqqət yetirmək vacibdir.
Günəbaxan yağı, qoz, fındıq, zeytun yağı, yulaf, lobya, qarabaşaq yarması, kəsmik, mal əti, banan, armud, portağal, soğan E vitamini ilə zəngindir.

C vitamini


Bu vitamin cinsi fəallığa problem yaradan sərbəst radikallara qarşı mübarizə aparır. Sərbəst radikallar azot turşusunun səviyyəsini aşağı salır ki, bu da cinsi meylliliyə mənfi təsir göstərir. Vitamin C orqanizmdə hormonların təbii mübadiləsini təmin edir, potensiyaya mənfi təsir göstərən stress və gərginlikləri aradan qaldırır.
Narıngi, limon, kivi, pomidor, kələm, qreypfut, portağal, cəfəri, kərəviz, itburnu, kələm C vitamini ilə zəngindir.

A vitamini


Bu vitaminin orqanizmdə çatışmazlığı kişi və qadınlarda cinsi hormonların səviyyəsinin azalmasına səbəb olur. Orqanizmin A vitamininə olan tələbatını ödəməklə cinsi həvəsi artırmaq, normal intim həyata malik olmaq, ən başlıcası isə cinsi hormonlarla bağlı problemləri aradan qaldırmaq mümkündür.
Kök, ispanaq, balqabaq, göy soğan, şirin bibər, itburnu, şaftalı, alma, üzüm, yemiş, paxla, balıq yağı, kürü, süd məhsulları, yumurta sarısı A vitamini ilə zəngindir.

B qrup vitaminləri


Bu qrupdan olan vitaminlər intim həyatın normada olması üçün vacibdir. B2 vitamini qadın cinsiyyət yollarının selikli qişasının vəziyyətini normada saxlayır, B1 vitamini cinsi fəallığı artırır. B12 vitamininin çatışmazlığı intim həyatda passivliyə səbəb olur.
B qrup vitaminləri sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir ki, bu da birbaşa insanın intim həyatı ilə bağlıdır.
Ət məhsulları, xüsusilə quş əti, yumurta, süd məhsulları, balıq, avokado, banan, göyərti, günəbaxan B qrup vitaminlərlə zəngindir.

İntim həyatınızı vitaminlərlə daha sağlam və daha parlaq edin.

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır