Modern.az

Modern.az-ın sualı - Deputat seçilsəniz, parlamentdə ilk təklifiniz nə olacaq?

Modern.az-ın sualı - Deputat seçilsəniz, parlamentdə ilk təklifiniz nə olacaq?

24 Sentyabr 2010, 18:26

Modern.az bu gündən etibarən parlament seçkilərində deputatlığa namizədliyini irəli sürən şəxslərlə bağlı yeni layihəyə başlayır. Bu layihə çərçivəsində biz seçki kampaniyasına qoşulan tanınan və tanınmayan namizədlərin Milli Məclisə hansı təkliflər paketi ilə getmək istədiklərini və deputat seçiləcəkləri təqdirdə qaldıracaqları ilk məsələnin nə olacağını soruşacağıq.

Beləliklə ilk sorğumuz belədir:

Deputat seçiləcəyiniz təqdirdə parlamentdə ilk olaraq hansı məsələni qaldırmaq istərdiniz?

İlyas İsmayılov - Ədalət Partiyasının sədri,106 saylı Tovuz – Qazax - Ağstafa seçki dairəsindən namizədliyi irəli sürülüb:
- Mən yenidən deputat seçiləcəyim təqdirdə, Milli Məclisin funksiyalarına uyğun məsələlər barədə danışacağam. Bu məsələlər isə müxtəlifdir. Hər halda çalışacağam ki, əhatəli problemlərə toxunum.

İqbal Ağazadə - Ümid Partiyasının sədri, 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürüb:
- Deputat olduğum bu 10 il ərzində Milli Məclisdə qaldırmadığım məsələ qalmayıb. Yenidən parlamentə seçiləcəyim təqdirdə ölkə ilə bağlı bütün problemləri iclaslarda qaldıracağam.

Aydın Mirzəzadə - Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü,  47 saylı Mingəçevir seçki dairəsindən namizədliyi irəli sürülüb:
- Parlamentə seçiləcəyim təqdirdə seçki kampaniyası dövründə seçicilərimlə olan görüşlərdə qaldırılan məsələləri ilk olaraq Milli Məclisin müzakirəsinə təklif edəcəyəm. Fikrimcə, 23 günlük təşviqat dövründə keçiriləcək görüşlərdə seçicilərlə ünsiyyət zamanı onların qaldırdığı məsələlərin diqqətə alınması üçün bu vacibdir.

Qulamhüseyn Əlibəyli – Aydınlar Partiyasının sədri, 69 saylı Cəlilabad – Masallı - Biləsuvar seçki dairəsindən namizədliyi irəli sürülüb:
- Milli Məclisə seçiləcəyim təqdirdə ilk olaraq hansı məsələni qaldıracağımı hələ dəqiqləşdirməmişəm. Amma hesab edirəm ki, bir neçə məsələ seçkidən sonra prioritet olacaq. Bu seçkilərdə saxtakarlıq faktlarıdı. Belə faktlar olarsa, mən Milli Məclisin ilk iclasında bu barədə çıxış edəcəyəm.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir