Modern.az

YAP-dan yeni xəbər: Seçkiyə özbaşına qatılan YAP-çılar barədə qərar çıxarıldı

YAP-dan yeni xəbər: Seçkiyə özbaşına qatılan YAP-çılar barədə qərar çıxarıldı

25 Sentyabr 2010, 15:38


Yeni Azərbaycan Partiyası parlament seçkilərində iştirak edəcək deputatlığa namizədliyi irəli sürülən YAP-çılarla bu gün görüş keçirib. Modern.az-ın məlumatına görə, deputatlığa namizədliyi irəli sürülən YAP-çılarla görüşdə partiyanın icra katibi Əli Əhmədov başda olmaqla rəhbərlikdə təmsil olunan şəxslər iştirak edib.

Toplantıda iştirak edən YAP-çı deputatlardan biri Modern.az saytına bildirib ki, ümumi müzakirələr seçkilərlə bağlı olub: “Namizədlərin təbliğat-təşviqat kampaniyasında hansı metoddan istifadə edilməsi məsəsləsi müzakirə mövzusu oldu. Bundan başqa, öz namizədliklərini partiya ilə razılaşdırmadan irəli sürən üzvlər barədə də geniş müzakirə aparıldı. Bu qəbildən olan YAP-çiların cidd şəkildə cəzalandırılması barədə qərar qəbul edildi. Qərar həmin şəxslərin partiyanın siyasi xəttinə zidd addım atdıqlarına görə partiya sıralarından kənarlaşdırılması, digər vəzifə postlarından məhrum edilməsi kimi məsələləri özündə cəmləşdirəcək. Bu qərar tezliklə həmin YAP-çılara elan ediləcək”.   

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı