Modern.az

Qırmızı Xaç Komitəsi meyitlərin qaytarılması üçün yenidən vasitəçilik təklif edib

Qırmızı Xaç Komitəsi meyitlərin qaytarılması üçün yenidən vasitəçilik təklif edib

29 Sentyabr 2010, 13:59

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri xanım Paskal Mec Vaqnerin müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşünşdə BQXK rəsmisi qurumun vasitəçiliklə bağlı xidmətlərini yenidən təklif edib.
Bu barədə qurumun mətbuat xidmətinin əməkdaşı İlahə Hüseynova Modern.az-a bildirib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyində aparılan danışıqların əsas mövzusu tərəflərdə saxlanılan hərbi əsirlər, mülki şəxslər və həlak olanların cəsədləri barədə olub.

BQXK-nin əməkdaşı vurğulayıb ki, problemin həllini tapmaq məsələsi münaqişə tərəflərindən aslıdır.
“BQXK sadəcə olaraq tərəflərlə dialoqu davam etdirir. Amma son nəticədə  razılığa gəlmək münaqişə tərəflərin öhdəsinə düşür”- deyən  İ.Hüseynova qeyd edib. O, deyib ki, hərbi əsirlərin və meyitlərin geri alınması ilə bağlı BQXK artıq bir dəfə tərəflərə müraciət edib.

“Hal-hazırda danışıqlar davam edir” –deyə qurumun nümayəndəsi bildirib.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi