Modern.az

“Komissar Kattani” özündən 40 yaş balaca qıza aşiq olub

“Komissar Kattani” özündən 40 yaş balaca qıza aşiq olub

8 Oktyabr 2010, 16:12


Venetsiyada keçirilən kino festivalına məşhur italiyalı aktyor Mikele Plaçido (“Komissar Kattani”) özünün yeni sevgilisi - 26 yaşlı Federika Vinsenti ilə gəlib. Festivalda onlar ən çox izlənilən cütlük olublar. 64 yaşlı Plaçido Federika ilə 8 il əvvəl, qızın 18 yaşı olanda tanış olublar. Mikele onu çəkiliş meydanına gətirib. Birlikdə “Şərin çiçəyi” filminə çəkiliblər.

Modern.az-ın xarici mətbuata istinadla verdiyi məlumata görə, qoca Plaçido bu qıza balaca uşaq kimi vurulub. Federika özünün xüsusi aktyorluq qabiliyyəti ilə deyil “Komissar Kattani” ilə münasibətlərinə görə gündəmin müzakirə obyektinə çevrilib. 

Buna qədər Plaçido iki dəfə evli olub. Hər iki nikahdan 6 uşağı var. Onun böyük qızı Violante atasının yeni sevgilisindən 8 il böyükdür.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu