Modern.az

17 saylı Yasamal III seçki dairəsindən deputatlığa namizəd ÜLVİ QULİYEV

17 saylı Yasamal III seçki dairəsindən deputatlığa namizəd ÜLVİ QULİYEV

Müsahibə

10 Oktyabr 2010, 17:07

TƏRCÜMEYİ-HALI





PLATFORMASI


MÜSAHİBƏ

Ülvi Quliyev: “Rəqiblərin indidən belə həyəcanlanmaları onların zəifliyinə işarədir”

Milli Məclisin bitərəf deputatı Ülvi Quliyev Modern.az saytına müsahibəsində yenidən namizədliyini irəli sürməsi barədə danışıb.

- Ülvi müəllim, siz bu ilki seçki marafonuna bir qədər gec qoşuldunuz. Bu nə ilə bağlı idi?

-
Seçki qanunvericiliyinə görə, deputatlığa namizədliyini irəli sürənlər üçün imzatoplama kampaniyası oktyabrın 8-i saat 18.00-da başa çatırdı. Mən isə həmin vaxtdan xeyli əvvəl - oktyabrın 5-də namizədliyimi irəli sürmüşəm və qanun çərçivəsində atılan bu addıma qeyri-adi yanaşmaq, hesab edirəm düzgün deyil. DSK sənədlərimi qəbul edəndən sonra qanunun tələb etdiyi müddətdə imzatoplama kampaniyasını başa çatdırıb, imza vərəqələrini Dairə Seçi Komissiyasına təqdim etmişəm.
Bir də axı hələ məlum deyil mənim namizədliyim qeydə alınacaq ya yox.

- Bir sıra mətbuat orqanlarında sizin imza vərəqələrini DSK-ya son anda təqdim etməyinizlə bağlı müxtəlif müzakirələr açıblar. Bu deyilənlərə sizin münasibətiniz necədir?

- Belə məsələləri ortaya atanların niyyətləri aydındır. Onlar sadəcə özlərindən güclü namizədin fərqində olduqları üçün qeyri-ciddi müzakirələr açmağa çalışırlar.
Qanunvericilikdə deputatlığa namizədliklə bağlı prosedurlar necə tələb olunursa, ona uyğun hərəkət etmişik.
Hamı bilməlidir ki, bir seçki dairəsinin 10 namizədi olsa da, sonda bir nəfər qalib gəlir. Biz hamımız qalibi təbrik etməyə hazır olmalıyıq. Təəssüf ki, bizdə məğlubiyyətini etiraf etmək mədəniyyəti formalaşmayıb. Halbuki, qalibi təbrik etməyi bacarmaq böyük bir siyasi mədəniyyət nümunəsidir. Məni tanıyanlar bilir ki, oponentlərimə qarşı “qurşaqdan aşağı zərbə” vurmaq prinsipi ilə hərəkət etmirəm. Bunu etikadan və siyasi mədəniyyətdən uzaq sayıram. Amma rəqiblərin indidən mənimlə bağlı belə həyəcanlamaları onların zəifliyinə işarə edir.

- Ötən seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsindən deputat seçilmişdiniz. Bu dəfə 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyinizi irəli sürmüsünüz. Seçki dairəsini dəyişməyiniz nə ilə bağlıdır?

- Həm Nəsimi, həm də Yasamal rayonları mənə yad deyil. Orta təhsilimi Nəsimi rayonunun 5 və 9 nömrəli orta məktəblərində almışam. İlk ali təhsil aldığım Azərbaycan Tibb Universiteti də Nəsimi rayonu ərazisində yerləşir. Nəsimi rayonundan deputat olduğum ötən beş ildə daim burada yaşayan insanların problemlərini diqqətdə saxlamışam. Hesab edirəm ki, bir deputat kimi bu dairədə lazım olan qədər fəal işləmişəm. Bunu dairəmdə yaşayan hər bir insan təsdiq edə bilər.

Bu seçkilərdə seçki dairəmi dəyişməyimə gəlincə, dediyim kimi, ictimai nufuzum mənə istənilən dairə üzrə namizəd olmağıma imkan verir.

Amma Yasamal rayonu mənə yad deyil. Məni hazırda bu rayonun ərazisində yaşayıram. O baxımdan namizədliyimi buradan irəli sürməyim təəccüblə qarşılanmamalıdır.

Digər tərəfdən, hansısa seçki dairəsi kiminsə adına yazılmayıb axı, istənilən vətəndaş istənilən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürə bilər və buna tam normal baxılmalıdır. Məgər seçki dairəsi kiminsə monopoliyasındadırmı?
Diqqətlə araşdırma aparsanız, görərsiniz ki, ötən seçkilərdə bir dairədən namizədliyini irəli sürmüş bəzi şəxslər bu dəfə başqa bir dairəni seçiblər. Yəni belə addım atanlar çoxdur. Bu sırada bəzi millət vəkilləri də var. Ona görə də burada qeyri-adi nəsə axtarmaq lüzumsuzdur.

Fəaliyyətim dövründə qazandığımız dostlara sadiqlik də mənim üçün vacibdir. Səmimi dost qazanmaq çətindir. Mən indiki halda dostlara mane olmamaq üçün daha uyğun dairəyə getmək fikrinə düşdüm.

- Yeni seçki dairəsində imkanlarınızı necə qiymətləndirirsiniz?

- Parlamentdə keçən beş ildə bir millət vəkili kimi kifayət qədər təcrübə toplamışam. Amma bir də vurğulayıram ki, seçkinin taleyini dairələr yox, Azərbaycan vətəndaşlarının verdiyi səs həll edir. Yəni parlament xalqın iradəsi ilə formalaşır. Əgər sənin bu ölkə üçün, onun vətəndaşları üçün diqqətəlayiq, unudulmayacaq fəaliyyətin olubsa, o zaman insanların etibarını qazanmaq çətin olmaz. Yetər ki, səmimi, doğruçu, fəaliyyətində ardıcıl olasan.

Digər yandan Yasamal rayonunda qohumlarım, dostlarım, tanıdığım, məni tanıyan insanlar çoxdur. Ona görə bu dairəni seçməyim təsadüfi deyil.

Fəaliyyətimlə bağlı qazandığım nüfuz və karyera mənə Azərbaycanın istənilən seçki dairəsi üzrə namizəd kimi çıxış etməyimə imkan verir. O cümlədən də Yasamaldan...


Xaqani Səfəroğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır