Modern.az

Sürücüsüz avtomobillər...

Sürücüsüz avtomobillər...

12 Oktyabr 2010, 14:55

Modern.az-ın xarici mətbuata istinadla verdiyi məlumata görə, ən böyük axtarış portalı olan Google öz-özünü  idarə edən, sürücüsüz avtomobilləri Kaliforniya yollarında uğurla sınaqdan kacirdiyini acıqlayıb.Üzərində digər vasitələri görmək ücün video kameralar, radar sensorları və lazer mənzil ayarlayıcıları olan avtomonillər indiyə qədər aparılan sınaq idarəetmələrində 224 min kilometrdən cox yol qət edib. Sınaq müddətində nəzarəti ələ almaq ücün təcrübəli sürücü və bir proqram mütəxəssisi də iştirak edib.

Sınaq avtomobilləri San Firancisconun məşhur “Golden Gate” körpüsü, şəhərin enişli-yoxuşlu kücələri ilə Google ofis binaları və Taho gölü ətrafında  sınaqdan keçirilib.
Google-un mühəndislərinin “New York Times “qəzetinə verdikləri acıqlamada sınaq avtomobillərinin test müddətində hər hansı bir qəza törətmədikləri, yalnız bir dəfə başqa bir vasitəyə yavaşca toxunduğunu bildirib.
Stanford Universitetinin Kompüter Elmi və  Elektirik Mühəndisi üzrə proffestoru Thru həyata kecirdikləri layihənin təhlükəsizliyin prioriteti olduğunu qeyd edib.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə hər il dünyada yol qəzalarında  1,2 milyondan cox insan həyatını itirir. Thrunun fikrinə görə isə,bu avtomobillər  texnologiyanın inkişafı nəticəsində bu rəqəmi azalda, hətta yarıya endirə bilər. Proffestor Thru layihənin hələ sınaq müddətində olmasına baxmayaraq, kompüter və texnologiya elminin gələcək naliyyətinin göstəricisi olduğunu vurğulayaraq “bu, gələcəkdən xəbər verir ” deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi